Oxunma sayı: 358

Sual #105 : Şeyx Useymin – 1 Aprel – Yalan günü


Tarix: 2017-12-03

Cavab #105 : Şeyx Useymin – 1 Aprel – Yalan günü


Şeyx Useymin:

Mən müsəlman qardaşlarımı bəzi səfehlərin qeyd etdiyi 1 aprel yalan günündən çəkindirirəm. Mənə elə gəlir ki, o gün artıq yaxınlaşır. Bu yalan günü yəhudilərdən, xiristianlardan,
atəşpərəstlərdən və küfr sahiblərindən götürülmüşdür.
Həmçinin, şəriətə görə haram olan bu zarafat günü, yalan olmağı ilə yanaşı, burada qeyri – müsəlmanlara bənzəmə də vardır ki, bu da haramdır.
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim bir qövmə bənzəyərsə, o da onlardandır”.
Şeyxul İslam İbn Teymiyyə bu hədis barədə demişdir ki, onun isnadı yaxşıdır. Və (dəlildir ki,) ən azından kafirlərə bənzəmənin hökmü haramdır.
Halbuki, hədisin zahiri mənasına görə onun (bənzəmənin) hökmü özünə bənzədilənin hökmü kimi küfrdür.
Bu, (söylədiyimiz) iki haramla yanaşı, həmçinin, (bu günü qeyd etməyin daha bir fəsadı) müsəlmanın düşməni qarşışında alçalmasıdır.
Çünki, insanın təbiətindən məlumdur ki, təqlid onun (özünə bənzədilən) digərinin ona təqlid etməsindən (bənzəməyə çalışmasından) fəxr və özündən razılıq hissi duyur və hesab edir ki, o, digərindən daha irəlidədir, öndədir. Ona görə də, təqlidçi təqlid etdiyi müddətdə təqlid onun qarşısında zəif olur. Bu işdə kafirlərə tabeçilik olduğuna görə mömin üçün zəlillik və alçalma vardır.

Dördüncü qadağa odur ki, bu çirkin yalan günü əksər hallarda maddi vəsaitlərin batil olaraq yeyilməsi, ələ keçirilməsi üçün və yaxud da, müsəlmanın ürəyinə qorxu və vahimə salmaq üçün zəmin yaradır. Çünki, o bəzən yalan söyləyir və çoxlu yeməklər, ət və s. bişirsinlər deyə ailəsinə deyir ki, bu gün bizim çoxlu qonaqlarımız var.
Yaxud da, onlara elə bir xəbər verir ki, o xəbər onların ürəklərinə qorxu salır, məsələn, deyir ki, evin başcısı zədələnib, onu maşın vurub və buna bənzər şeylər söyləyir.
Hansı ki, bu adı çəkilən hallar həqiqətən mövcud olmadıqca onları söyləmək olmaz.
Buna görə də, müsəlmana vacibdir ki, uca və nöqsansız Allahdan qorxsun, öz dinini əziz tutsun, onunla fəxr etsin, onu sevsin ki, müsəlmanların düşmənləri ona hörmət etsinlər.

Mən Allahın dinini əziz tutan hər bir kəsə insanlar arasında hörmətli olacağına, düşmənləri qarşısında alçalan hər kəsə isə Allah qarşısında və düşmənləri qarşısında olduqca daha çox zəlil və alçaq olacağına zəmanət verirəm.
Ona görə, ey müsəlman, zənn etmə ki, sənin kafirlərə tabe olmağın onların əxlaqını mənimsəməyin səni onların ürəklərində uca edəcək. Əksinə, bu səni olduqca daha çox zəlil və alçaq edəcəkdir.
Sən bunu da bilirsən ki, əgər indi bir kimsə sənin gördüyün işlərdə özünü sənə bənzədərsə, sən ürəyində özünlə fəxr edəcəksən və onun sənin qarşında alçaldığını görəcəksən.
Çünki, o özünü sənə bənzətməyə çalışır. Bu isə aydındır, insanın təbiətindən məlum bir məsələdir.

Bizim düşmənlərimiz bizim güclü olduğumuzu,
dinimizi əziz tutduğumuzu, onlara heç önəm vermədiyimizi və yalnız Rəsulullah (sallAllahu aleyhi və səlləm) göndərildikdən sonra bütün bəşəriyyət üçün şəriət (qanun) olan Allahın şəriəti ilə tələb olunduğu hallarda onlarla müamələ etdiyimizi (münasibət saxladığımızı) gördükdə bizə hörmət edəcəklər.

Allahu Təala buyurur:
“De, ey insanlar! Mən Allahın sizin hamınız üçün göndərdiyi elçisiyəm. (Əraf surəsi 158.)

Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Canım əlində olan Allaha and olsun ki, yəhudi və xiristian olan hər bir kəs məni eşitdikdən sonra mənə və mənim gətirdiyimə iman gətirməzsə, Cəhənnəm əhlindən olacaqdır.”

Əgər bu sözlər kitab əhli üçün deyilibsə, o zaman onlardan başqa olan kafirlər haqqında nə demək olar?! Hər bir kəs Muhəmmədi (sallAllahu aleyhi və səlləm) eşitdikdən sonra onun ardınca getməzsə, ona tabe olmazsa, Cəhənnəm əhlindən olacaqdır.
Belə olduqda biz müsəlmanlar özümüzü (kafirlərə bənzədərək) alçaldırıqsa və özümüzdən başqalarına tabe oluruqsa, bizim haqqımızda nə demək olar?!

Əbu Sufyan kafir olarkən Rəsulullah (sallAllahu aleyhi və səlləm) haqqında yalan danışmaq istədikdə Roma başçısı Herakılın onu bu yalandan çəkindirdiyi zaman onların arasında baş verən dialoq haqqında hamımızın xəbəri var.
Əbu Sufyan bunu yalanına görə danlanılacağından qorxduğundan etmişdi, halbuki o, Rəsulullahın saleh olmaması haqqında yalan danışmağı çox istəyirdi.

Əgər kafir belə etdisə, o zaman sən ey müsəlman, nəyə görə yalan danışmalısan?!

Müvəffəq edən Allahdır!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir