Oxunma sayı: 179

Sual #102 : Şeyx Useymin – 8 Mart qadınlar bayramını və digər kafir bayramlarını qeyd etməyin hökmü


Sual:

Allah sizi bərəkətləndirsin! Bir qadın məktubunda soruşur ki, biz hər il mart ayında “Analar bayramı” (Qadınlar bayramı) adlanan xüsusi bayram keçiririk. Bu günü qeyd etmək halaldır, yoxsa haram? Və bu bayramı qeyd etməyin hökmü nədir?

Tarix: 2017-12-03

Cavab #102 : Şeyx Useymin – 8 Mart qadınlar bayramını və digər kafir bayramlarını qeyd etməyin hökmü


Şeyx Useymin:

Cavab odur ki, şəriətə müxalif olan bütün bayramlar bidətdir və sələflər onları qeyd etməyiblər. Bəzən də, belə bayramların kökü qeyri-müsəlmanlara gedib-çıxır.

Belə olduğu halda bu bayramları keçirməkdə bidətlə yanaşı, Allahın düşmənlərinə oxşamaq da, vardır. İslam aləmində şəri bayramlar məlumdur. Bu Qurban, Ramazan və hər həftədə olan bayramdır.

İslamda bu üç bayramdan başqa bayram yoxdur. Bunlardan savayı uydurulmuş heç bir bayram onu uyduran kəsdən qəbul olunmaz və bu Allahın şəriətində batildir.

Çünki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur: “Kim bizim bu işimizdə təzə nəsə uydurarsa, ondan rədd olunar və Allah qatında qəbul olunmaz.”

Başqa ləfzdə isə deyir: “Kim bizim əmrimiz olmayan bir işi görərsə, ondan rədd olunar.”

Artıq bunlar bəyan olandan sonra, sual verən qadının soruşduğu bayram, hansı ki, onu “Analar bayramı” adlandırdı. Həmin gündə də, bayram əlamətlərindən nəyisə büruzə vermək olmaz. Misal üçün: Fərəh, sevinc, hədiyyələşmək və s.

Müsəlmana vacibdir ki, öz dini ilə izzətlənsin və bu dinlə fəxr etsin! Allah və rəsulunun təyin etdiyi hüdudları aşmasın! Allahın öz qullarına təyin etdiyini artırıb-əskiltməsin!

Həmçinin müsəlmana yaraşar ki, hər carçıya cavab verməsin. Əksinə, ona yaraşar ki, başqaları ondan örnək alsın. Çünki, Allaha həmd olsun ki, şəriətimiz hər tərəfli kamildir.

Uca Allah buyurur:
“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün islamı bəyənib seçdim. (Maidə, 3)

Ana – ildə bir dəfə yox, daha çox sayğıya layiqdir. Onun övladları üzərində haqqı vardır. Və övladlara da, vacibdir ki, hər bir zamanda və hər bir məkanda ona ehtiram və qayğı göstərsinlər, Allahın şəriətinə müxalif olmayan işlərdə ona tabe olsunlar.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir