Oxunma sayı: 173

Sual #101 : Şeyx Fovzan – 8 Mart qadınlar bayramını və peyğəmbərin mövludunu qeyd etməyin hökmü


Sual:

Analar bayramını (Qadınlar bayramı) qeyd etməyin hökmü nədir?

Tarix: 2017-12-03

Cavab #101 : Şeyx Fovzan – 8 Mart qadınlar bayramını və peyğəmbərin mövludunu qeyd etməyin hökmü


Şeyx Fovzan:

Bu bayramı qeyd etmək olmaz. Müsəlmanlarda yalnız iki bayram var: Ramazan bayramı və Qurban bayramı. Bu iki bayram da, İslamın iki rüknundan sonra gəlir.

Ramazan bayramı oruc rüknundan sonra gəlir. Qurban bayramı həcc rüknunu yerinə yetirəndən sonra gəlir.

Bunlardan başqa bizdə bayram yoxdur. İstər analar üçün olsun, istərsə də, başqaları üçün…

Hətta Peyğəmbərin (sallallahu aleyhi və səlləm) doğum gününü bayram kimi qeyd etmək olmaz. Bu bidətdir.

Əgər Peyğəmbərin doğum gününü bayram kimi qeyd etmək icazəli deyilsə, onda başqa bir insanın necə? Vəlinin, hansısa əzəmətləşdirdikləri insanın yaxud hansısa bir rəisin ad gününü keçirmək necə?

Elə isə, bunlar ümumiyyətlə icazəli deyil.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir