Oxunma sayı: 178

Sual #100 : Şeyx İbn Bəz – 8 Mart qadınlar bayramını və ad gününü qeyd etməyin hökmü.


Sual:

Şeyx bəzi kəslər vardır ki, öz ad günlərini bayram olaraq qeyd edirlər bunun hökmü nədir?

Tarix: 2017-12-03

Cavab #100 : Şeyx İbn Bəz – 8 Mart qadınlar bayramını və ad gününü qeyd etməyin hökmü.


Şeyx İbn Bəz:

Bunların hamısı münkər işlərdir. Qardaşının, anasının və ya övladının ad gününü qeyd etmək kimi bütün bu icad olunmuş şeylər yəhudi və xiristianlardan götürülüb.

Analar gününü (yəni, qadınlar bayramını), atasının ad gününü, əmisinin ad gününü, öz ad gününü və yaxud qızının ad gününü qeyd etmək, bunların hamısı münkər və bidət işlərdir ki, onların dində heç bir əsli-əsası yoxdur.

Bunların hamısı Allahın düşmənləri tərəfindən adlandırılıb. Bu cür bayramları qətiyyən qeyd etmək olmaz. Bu yeniliklərin qarşısını almaq və onlardan çəkindirmək lazımdır.

Lakin bəzi insanlar, (Allahın verdiyi) nemətlərə naşükürlük etmişdirlər. Onların var-dövlətləri artsa da, lakin bilmirlər onu necə (doğru-dürüst) xərcləsinlər. Onlar həmin bu var-dövlətlərini Allaha itaətə, məscidlər inşa etməyə, fəqirlərə yardım etmək (yolunda) xərcləməyə müvəffəq olunmamışlar, öz mallarını bu və bunlara oxşar digər bayramlara xərcləmişlər.

Əgər onların məqsədləri Rəsulullahın (sallAllahu aleyhi və səlləm) sünnətini ihya etməkdirsə, o zaman bu cürə ad günləri kimi bayramları qeyd etməklə deyil, məktəblərdə, məscidlərdə İslam dərsləri və mühazirələri verməklə bunu etsinlər.

Bu adı çəkilən yollarla (sünnəti ihya etmək) bidət deyil, əksinə əmr olunmuş işdir.

Qoy onlar Rasulullahın (sallAllahu aleyhi və səlləm) sirasını (həyatından olan tarixi hadisələri) və İslam dərslərini məktəblərdə, məscidlərdə, mühazirələrdə tədris etsinlər.

Lakin xüsusi bir vaxt ayırıb özləri üçün və ya digərləri üçün ad günü qeyd etmələri, bayram etmələri bunların hamısı bidət və sonradan icad olunmuş şeylərdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir