Sual #95 : Şeyx Ubeyd əl-Cabiri – İŞİD haqda və təkfirçiləri kafir dövlət dairələrinə şikayət etmək
Sual verən:
Kafir ölkəsində olan bir bacı soruşur ki, yoldaşım İŞİD-i müdafiə edir, alimləri söyür…
Şeyx Ubeyd əl-Cabiri:
Necə, necə?
Sual verən:
Deyir ki, yoldaşım İŞİD-i müdafiə edir, alimləri söyür və bu yay onlara qoşulmağı qərarlaşdırıb. Ondan da (yəni, zövcəsindən) heç bir nəsihət qəbul etmir.
Nəsihətiniz nədir?
Allah sizi xeyirlə mükafatlandırsın!
Cavab #95 : Şeyx Ubeyd əl-Cabiri – İŞİD haqda və təkfirçiləri kafir dövlət dairələrinə şikayət etmək
Şeyx Ubeyd əl-Cabiri:
Birincisi, əgər ona nəsihət etmisənsə, o da inkar edibsə, ondan boşanmaq sənin haqqındır.
İkincisi, əgər (həmin kafir) hökümət xavariclərlə mübarizə aparırsa – onlar xavaricləri terrorist adlandırır, biz isə onlara xavaric deyirik – o zaman hökümət dairələrinə xəbər ver, yaxud da bu işi onun haqqında hökümət dairələrinə xəbər verməyi bacaran müsəlman qardaşlarına tapşır.
Bununla da üzərindən məsuliyyət düşmüş olur.