Oxunma sayı: 149

Sual #94 : Şeyx Albani – Suriyada baş verənlərdən ibrət almadınızmı?


Şeyx Albaniyə zəng…

Şeyx Albani: Eşidirəm.

Sual verən:
Əssələmu aleykum və rahmətullah

Şeyx Albani:
Və aleykumussələm və rahmətullahi və bərakətuh!

Sual verən: Şeyx, necəsiz?

Şeyx Albani: Xeyir içindəyik.

Sual verən:
Sizə bir neçə sualım var, verə bilərəm? Allah sizi bərəkətləndirsin

Şeyx Albani:
Buyur.

Sual verən:
Cəzairdə cihad elan olunarsa, bu o deməkdir ki, Əfqanıstandakı kimi cihada getməyimiz vacibdir?

Tarix: 2017-12-03

Cavab #94 : Şeyx Albani – Suriyada baş verənlərdən ibrət almadınızmı?


Şeyx Albani:
Cəzairdə cihadı kim elan edir? Zəif yoxsa güclü?

Sual verən:
Zəif!

Şeyx Albani:
Zəifin güclüyə qarşı cihad etməyə gücü çatarmı?

Sual verən:
Xeyr! Gücü çatmaz!

Şeyx Albani:
Allah sizi bağışlasın.

Sual verən:
Allahummə amin!

Şeyx Albani:
Allah sizi bağışlasın.

Sual verən:
Allahummə amin

Şeyx Albani:
Siz bundan əvvəl baş verənlərdən ibrət almadınızmı?

Sual verən:
Necə?

Şeyx Albani:
Siz bundan əvvəl Cəzairdə, Suriyada, Hicazda baş verənlərdən ibrət almadınızmı?

Sual verən:
Doğru deyirsən, Şeyx! Hamısı doğrudur!

Şeyx Albani:
Kim bir şeyi əldə etmək üçün tələsərsə çatmaq istədiyindən məhrum olar. Tələsməyin aqibəti məhrumiyyətdir.

Sual verən:
Doğrudur!

Şeyx Albani:
Yaxşı, bəs niyə görə cihad peyğəmbərin (sallAllahu aleyhi və səlləm) vaxtında, Məkkədə, səhabələr hər cür zülmə və işgəncəyə məruz qaldıqları zaman onlara vacib olmadı

Sual verən:
Aydındı! Düz deyirsən, şeyx! Allah razı olsun!

Şeyx Albani:
Allah səni xeyirlə mükafatlandırsın!

Sual verən:
Allah sizi bərəkətləndirsin!

Şeyx Albani:
Səni də!

Sual verən:
Əssələmu aleykum və rahmətullahi və bərakətuh!

Şeyx Albani:
Və aleykumussələm və rahmətullahi və bərakətuh!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir