Oxunma sayı: 156

Sual #93 : Şeyx Fovzan – İŞİD haqqında


Sual:

Övladlarımıza və gənclərimizə nəsihət edərək, onları xəvariclərdən ibarət olan İŞİD-dən çəkindirdikdə, bizə deyirlər ki, “Onların əməlləri Allah üçündür və Allah yolunda cihaddır.

Onların səsli yazılarında tövhidin şərtlərini görürük. Onlar İslam hüdudları üzərindədirlər. Qadınlarına hicab geyindirir və bütləri dağıdırlar.”

Bu gənclərin İŞİD haqda bizə gətirdikləri bu şübhəyə nə cavab verək?

Tarix: 2017-12-03

Cavab #93 : Şeyx Fovzan – İŞİD haqqında


Şeyx Fovzan:

Onların bu şübhələrinə belə cavab verilir ki, istər İŞİD olsun, istərsə də, başqa camaatlar olsun, onların mənhəcinə baxılır. Baxılır ki, onlar həqiqətən camaatla birlikdədirlərmi?

Yəni, camaat nəyin üzərindədirsə, onlar da onun üzərində olmalı, camaata müxalif olmamalıdırlar.
Hakimə qarşı çıxmamalı, camaatdan ayrılmamalıdırlar. Özləri ayrı, camaat isə ayrı olmamalıdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir