Oxunma sayı: 169

Sual #90 : Şeyx Albani – Kafirlərə təcavüz etmək


Tarix: 2017-12-03

Cavab #90 : Şeyx Albani – Kafirlərə təcavüz etmək


Şeyx Albani:

Sualda deyildiyi kimi, səyahət və ya ziyarət məqsədi ilə müsəlman ölkəmizə daxil olan kafir yalnız müsəlman rəhbərin izni ilə ölkəyə daxil olduqları üçün onlara qarşı təcavüz etmək düzgün deyil.

Çünki o, aman verilməsi üçün əhd bağlayan kafirdir.

Əgər hansısa bir müsəlman bu kimi insanlara təcavüz edərsə ya onun özü öldürüləcək, yaxud daha şiddətli cəzaya məhkum olacaq, yaxud da həbs olunacaqdır.

Belə qeyri müsəlman insanların canına təcavüz etməklə, ələlxüsus, müsəlman ölkəsində təcavüz etməklə İslam dininə heç bir xeyir vermir.

Həqiqətəndə belə təcavüzkarlıq, Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) bu hədisinə ziddir:

“Kim əhd bağlayan kafiri, əmin-amanlıq verilmiş halda öldürərsə Cənnətin iyini duymaz.”

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir