Oxunma sayı: 177

Sual #89 : Şeyx Salih Ali Şeyx – Muhəmməd ibn Abdulvahhab Bədəviyə ibadət edəni cahilliyinə görə təkfir etmirdi!


Sual:

Muhəmməd ibn Abdulvahhabın dəvəti ilə bağlı soruşmaq istərdim. Siz dediniz ki, onlar tövhidə çox önəm verdikləri halda, digər tərəfdən təkfir məsələsini çox daraldıblar. Bunun səbəbi nədir?

Tarix: 2017-12-03

Cavab #89 : Şeyx Salih Ali Şeyx – Muhəmməd ibn Abdulvahhab Bədəviyə ibadət edəni cahilliyinə görə təkfir etmirdi!


Şeyx Salih Ali Şeyx:

Tövhid, insan nəfsini Allahdan başqasına ibadətdən xali etməkdir.

Şeyx Məhəmməd ibn Abdulvahhab (rahiməhullah) bir məqamda ondan soruşulan suala cavab verərək deyir:
Sualda deyilirdi:
“Siz Bədəviyə ibadət edənləri, yaxud Kəvvazın türbəsi önündə yəni, Allahdan başqasına ibadət edənləri təkfir edirsinizmi?

O demişdir:
Xeyr. Biz onları təkfir etmirik. Çünki onları bu işdən agah edən yoxdur.

Bu məqamda şeyx onlara hökm vermədiyini bildirdi. “Ona deyəndəki, sən bütün insanların kafir olduqlarını deyirsən!”

O demişdir:
“Nöqsanlardan pak olan uca Allah şahiddir ki, bu böyük bir böhtandır”.

Dəvət alimləri bu məsələni yalnız şəriət dəlillərində Allahın və Peyğəmbərinin hökmündə, alimlərin yekdilliklə dəstəklədikləri əsaslarda cəmləmişlər.

Alimlərin ixtilaf etdikləri hökmlərin əsasında isə onlar heç kəsə kafir hökmü vermirlər.

Hətta bundan daha az önəm daşıyan bir çox məsələlər vardır ki, şeyx Məhəmməd ibn Abdulvahhab bir məqamda o haqda danışır. Mən bu dəvət haqqında ona görə çox danışıram, çünki indiki zamanda deyilən mövzu haqqında bu dəvətə qarşı çoxlu sözlər ünvanlanır.

Şeyx Məhəmməd bir çox məsələlərə, məsələn sağ insanlarla, yaxud kiminsə cəddi və ya hörməti ilə təvəssül etmək məsələsinə gəldikdə demişdir:

Mən dəvətimin əvvəlində bu məsələlərdən danışmamışam. Mən bu məsələlər haqqında deyil, yalnız alimlərin yekdil rəylə haramlığını təsdiqlədikləri məsələlər haqqında danışmışam. Fikir ayrılığı olan məsələlər haqqında isə danışmamışam.

Bu isə onun dəvətinin əvvəlində göstərdiyi müdriklikdən irəli gəlirdi. O bununla insanlara bildirirdi ki, biz dəvət etdiyimiz məsələləri hər yerdə və hər vaxtda demirik.

Dəvət mütləq bir-birindən daha önəmli məsələlər üzərində, zaman və məkana uyğun olaraq mərhələ ilə qurulmalıdır. O demək deyil ki, haqq olan məsələ hər yerdə və hər məqamda necə gəldi deyilir. Məsələlər mütləq mərhələ ilə olmalıdır.

Sələfi dəvəti ilə ümumi tanışlığıma və bu haqda bildiklərimə əsasən deyə bilərəm ki, bu dəvət məzhəb kitablarında olan təkfir məsələlərini daha dar çərçivəyə salmışdır.

Bu qapı araşdırma aparmaq istəyən hər kəs üçün açıqdır. İstəyən kəs bunu araşdırıb əmin ola bilər.

Yalnız bir kitaba məsələn, “əl-ilam biqəvatiil İsləm”, yaxud hənəfi məzhəbinin kitablarında “mürtədlərin hökmü” adlı fəsillərə baxa bilərsiniz (Allah onlara rəhmət etsin!).

Ona görə araşdırma aparmaq istəyən kimsə baxsın görsün görək dəvət bu qapını genişlətmişdir, yoxsa daraltmışdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir