Oxunma sayı: 147

Sual #88 : Şeyx Muhəmməd İbn Hədi – İŞİD haqqında


Tarix: 2017-12-03

Cavab #88 : Şeyx Muhəmməd İbn Hədi – İŞİD haqqında


Şeyx Muhəmməd İbn Hədi əl-Mədxəli:

Beləliklə, bizim övladlarımız və gənclərimiz aldadılır. Onlar, müxtəlif ərazilərə irəliləmək, amansız döyüşlər aparmaq üçün cavanlardan istifadə edirlər. Orada nə baş verdiyini yalnız Allah bilir!

Yox, hələ bu harasıdır, özlərini “cihad” dəstələri adlandıran bu qruplaşmalar, bir-biri ilə vuruşurlar! İŞİD (İraq və Ərəb yarımadasında İslam Dövləti) qruplaşması ilə vuruşur, İƏYİD isə əl-Qaida ilə vuruşur! Heç bilmirəm əl-Qaidə kiminlə vuruşur?! Vuruşur və insanları öldürürlər!

Budur onları halı. Biz bunu öz gözlərimizlə görürük. Baş verənlərdən xəbərsiz deyilik. Hanı onların dəvət etdiyi İslam?! Hanı onların dəvət etdiyi “cihad”?! Allah bu ümməti cihadla şərəfləndirib. Biz cihad ümməti, Muhəmməd ümmətiyik.

Amma cihadın qaydaları, şərtləri, prinsipləri var və cihadın aparılma qaydalarına aydınlıq gətirən mütəxəssislər var.

Rəhbər olaraq müharibə elan etməyə məsul olan insanlar var. Müsəlmanlar onları dinləməli və onlara tabe olmalıdır.

Bu fərdlərə gəldikdə isə (İŞİD, İƏYİD, əL-Qaidə və digər terrorçu qruplaşmalar), onlar insanları yalnız fitnə-fəsada çağırır. Onların “cihad” adlandırdığı, əslində elə fitnənin özüdür. Onlara xoş gəlsə də, gəlməsə də, biz bunu ucadan deyəcəyik, bu fitnədir!

Uca Allahdan övladlarımızı onların əsarətindən xilas etməsini diləyirik. 

Rəhbərlərimizə bu torpaqlarda həqiqətləri izah etmək bacarığı verən Allaha həmd olsun. Onlar lap ilk gündən, cihad və terror arasındaki fərqi bəyan ediblər.

Buna səbəb, Əfqanıstandan başlamış, Tunisə qədər, Türkiyənin sərhədlərinə qədər və Ərəb dünyasında İslam ümmətinə üz vermiş bu müsibətlərdir. Onlar bunu “cihad” adlandırır! Əslində isə bu cihad yox, fəlakət və sapqınlıqdan başqa bir şey deyil!

Allahım, bizləri qoru.
Uca Allahdan, yolunu azmış müsəlmanları doğru yola yönləndirməsini, hər xeyir əməldə bizi müvəffəq etməsini və torpaqlarımızdan və bütün müsəlman torpaqlarından pislikləri uzaqlaşdırmasını və müsəlmanları hər cür şərdən qorumasını diləyirəm.
Həqiqətən, Allah səxavətli və lütfkardır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir