Oxunma sayı: 176

Sual #85 : Şeyx Useymin – Tövhiddə cahiliyi üzr görənlər murciədirmi?


Sual:

Tövhiddə cahilliyi üzr görənlər murciədirmi?

Tarix: 2017-12-03

Cavab #85 : Şeyx Useymin – Tövhiddə cahiliyi üzr görənlər murciədirmi?


Şeyx Useymin:

Əvvəlcə görək murciələr kimlərdi?

Orada olanlardan biri:

(Murciələr) əməllərin imandan olmadığını, günahlar və itaətin imana təsir etmədiyini söyləyənlərdi!

Şeyx Useymin:

Murciələr deyir ki, iman qəlbin əməlidir. Şübhəsiz ki, bu söz batildir. Bütün dəlillər isbat edir ki, Allaha asilik imanı naqisləşdirir

(Tövhiddə) cahiliyyin üzr olmasına gəldikdə isə, bunu dəlillər isbat edir.

Heç kəs (tövhiddə) cahilliyin üzr olmamasına dair bir dəlil gətirə bilməz. Bu mümkün deyil. Hətta risalətin əsli (peyğəmbərlərin gəlmə qayəsi) insanı üzrlü sayır.

Uca Allah buyurur:
Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirdik. (İsra, 15)

(Biz) müjdə verən və qorxudan elçilər (göndərdik) ki , insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. (Nisa, 165)

Əgər cahillik üzr olmasaydı, rəsulların göndərilməsinin bir mənası və heç bir faydası olmazdı! İnsanlar fitrətlərinə əsaslanardılar və rəsullara ehtiyac olmazdı!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir