Oxunma sayı: 120

Sual #84 : Şeyx Useymin – Şirk edənin həcci səhihdirmi?


Sual:

Şeyx, Allah sizi xeyirlə mükafatlandırsın.
Bir kəsdə əqidədə cahillik var idi. O, Allahdan qeyrisinə qurban kəsirdi və bu sıralarda həcc etdi. Həccdən sonra bu əməli tərk etdi və Allaha (subhənəhu və təalə) tövbə etdi. Onun həcci səhihdirmi? Və onun həcci İslam həccini (yəni, ömürdə bir dəfə vacib olan fərz həcci) ödəyirmi?

Tarix: 2017-12-03

Cavab #84 : Şeyx Useymin – Şirk edənin həcci səhihdirmi?


Şeyx Useymin:

Həmin kəs elə əməl edir ki, o əməli etiqadı puç edir. Məsələn, Allahdan qeyrisinə qurban kəsmək kimi… Sonra o halda həcc ziyarəti edir. Onun həcc ziyarəti məqbuldurmu?

Cavab olaraq biz deyirik ki, biz soruşuruq:

“O insan cahil idimi? Və bunun problem olmadığınımı zənn edirdi?”

Əgər cahil idisə, bilmirdisə onda, onun həcci səhihdir.
Yox əgər Allahdan qeyrisinə qurban kəsməyin şirk olduğunu bilirdisə, onda onun həcci səhih deyil!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir