Sual #82 : Şeyx İbn Bəz – Şeyx Saleh əl-Fovzan haqqında
Sual verən:
Əssələmu aleykum
Şeyx İbn Bəz:
Və aleykumussələm
Sual verən:
Şeyx Abdul-Aziz İbn Bəzdir?
Şeyx İbn Bəz:
Bəli, mənəm.
Sual verən:
Şeyx, bəzi gənclər deyir ki,
Şeyx İbn Bəz:
Necə?
Cavab #82 : Şeyx İbn Bəz – Şeyx Saleh əl-Fovzan haqqında
Sual verən:
Bəzi gənclər deyir ki, Şeyx Salih ibn Ğsun və Şeyx Saleh əl-Fovzan alim deyillər. Öncə bu iki şeyx haqqında sizin fikrinizi, sonra isə bu cür gənclər haqqında mövqeyinizi bilmək istəyirik.
Şeyx İbn Bəz:
Şeyx Saleh əl-Fovzan və şeyx Saleh ibn Ğsun böyük alimlərdir. Salamat əqidə üzərindədirlər. Onlar möhtərəm insanlar və dində fəqihdirlər.
Sual verən:
Şeyx, elə isə bu gənclərə nə nəsihət edərsiz?
Şeyx İbn Bəz:
Bu alimləri ancaq yolunu sapmışlar gözdən salmağa çalışır.
Sual verən:
Şeyx onlar deyir ki, bu adını çəkdiyim şeyxlər elm tələbələridir, alim deyillər.
Şeyx İbn Bəz:
Bu söz səhvdir, səhvdir, səhvdir …