Oxunma sayı: 183

Sual #79 : Şeyx Fovzan – Şirk edənə müşrik deyə bilərəmmi?


Sual:

Bir kəs duasında Allahdan qeyrisini çağırır. Mən ona etdiyi əməlin şirk olduğu haqda xəbərdarlıq etdim. Lakin o mənə önəm vermədi. Mən ona müşrik hökmü verə bilərəmmi? Yoxsa, bu hökmü yalnız alimlər verməlidirlər?

Tarix: 2017-12-03

Cavab #79 : Şeyx Fovzan – Şirk edənə müşrik deyə bilərəmmi?


Şeyx Fovzan:

Biz həmin kəsi dinləmədən və halını araşdırmadan ona hökm verə bilmərik. Həmin adam ağlı cəhətdən sağlamdırmı, yaxud dəlidirmi? 

Bu məsələni alimlərə qaytarmaq lazımdır və həmin ölkənin elm əhlinə, alimlərinə həmin kəs haqqında xəbər vermək lazımdır ki, onlar o kəs barədə müvafiq tədbirlər görsünlər!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir