Oxunma sayı: 187

Sual #78 : Şeyx İbn Bəz – Şeyx, sizin gözləriniz görmədiyi halda bu qədər elmə necə sahib olmusuz?


Sual:
Möhtərəm şeyx, sizin avtobioqrafiyanızdan bizə məlumdur ki, siz gənc yaşlarından görmə qabiliyyətinizi itirmisiniz.
Lakin buna baxmayaraq elmdə yüksək dərəcəyə çatmısınız. Uca Allahın izni ilə, sizin belə elmə yiyələnməyinizə nə kömək olmuşdur?

Tarix: 2017-12-03

Cavab #78 : Şeyx İbn Bəz – Şeyx, sizin gözləriniz görmədiyi halda bu qədər elmə necə sahib olmusuz?


Şeyx İbn Bəz:

Mən hələ gözlərim görən vaxtdan elm öyrənməyə başlamışam. Mən hicri 1130-cu ildə , Zulhiccə ayında doğulmuşam. 10-12 yaşımda elm almağa başladım. Elə bu yaşlarımda Quranı tam əzbərləyib bitirdim. Və onu yaddaşımda qorumağa çalışdım. Bu yaşlarımdan ta gözlərim görmə qabiliyyətini itirənə qədər bu şeyxlərdən dərs aldım:

Salih ibn Abdul-Aziz Ali Şeyx, Şeyx Muhəmməd ibn Abdul-lətif Ali Şeyx, Şeyx Həməd ibn Faris, Şeyx Səad ibn Ətiq… Sonra şeyxim Muhəmməd ibn İbrahimdən (Allah ona rəhm etsin) dərs aldım.

Mənim hələ gözlərim görürdü. Şəriəti öyrənməyə başlayanda gözlərim hələ görürdü.

Artıq 16 yaşım olanda, hicri 1346-cı il idi, mən göz xəstəliyinə tutuldum. Və hicri- 1350-ci ildə, hansı ki, 20 yaşında idim, mənim görmə qabiliyyətim itdi.

Bu vaxta qədər isə mən artıq əqidəni öyrənmiş və digər bütün şəriət elmlərinə yiyələnmişdim. Hələ gözlərim görən vaxtdan.

Və gözlərim görən vaxtlar, artıq bir neçə kitab da yazmışdım. Buna görə həmd olsun Allaha.

Görmə qabiliyyətim itəndən sonra, mən hicri 1357-ci ilə qədər elm almağa davam etdim.

Elə bu ilin cumədəl-əxir ayının sonunda əl-Xarc əyalətində qazi təyin edildim. 14 il və bir neçə ay qazilik etdim.

Bundan sonra elmi dövrələrim oldu. Mənim Nəcd və digər vilayətlərdən çoxlu tələbələrim oldu. Hicri 1371-ci ilin sonlarında, mən Riyada qayıtdım.

Hicri 1372-ci ildə Riyadda dərs deməyə başladım. Sonra hicri 1372-ci ildən, 1380-cı ilə kimi şəriət fakultəsində dərs deməyə başladım.

Hicri 1376-cı və sonrakı illərdə bir çox tələbələr məzun oldular.

Sonra məni Mədinə İslam Universitetinin rektoru təyin etdilər. Bu vəzifədə hicri 1381-dən, 1395-ci ilin sonuna qədər çalışdım.

Hicri 1395-ci ilin Şəvval ayında mən “Daimi elmi araşdırmalar və faydalar mərkəzi”-nə gəldim. Bu günə qədər də orada (Mərkəzin rəhbəri vəzifəsində) çalışıram.

Həmçinin Mədinədə Peyğəmbər (sallallahu aleyhi və səlləm) məscidində dərslər keçmişəm.

Həmin vaxtlar mən Mədinə İslam Universitetində hədis və dəvət, həmçinin şəriət fakultəsində tələbələrə dərs deyirdim.

Sonra 1395-ci ilin şəvval ayında mən Riyada qayıtdım və orada dərslər keçməyə başladım.
Həmd olsun Allaha.

Uca Allahdan diləyirəm, bu əməllərimi qəbul etsin, mənə və sizlərə müvəffəqiyyət və faydalı elm nəsib etsin!

Bu günə kimi də dərslər keçirilir və elmi dövrələr təşkil edilir. Bəli.

Sual verən:
Əssələmu aleykum və rahmətullahi və bərakətu! Möhtərəm şeyx Bdul-Aziz. Allah sizi qorusun!
Biz arzu edirik ki, sizin adınız “Şeyxul İslam Abdul-Aziz” olsun!

Şeyx İbn Bəz:

Elə təkcə “Abdul-Aziz İbn Bəz” adı kifayətdir. 

Həmd olsun Allaha. Kömək Allahdandır. Allah bizləri haqq yol dəvətçilərindən etsin!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir