Oxunma sayı: 179

Sual #77 : Şeyx Fovzan – Allahın şəriəti ilə hökm etməyən rəhbərləri fərdi təkfir etmisiz?


Qeyd:
Burada qeyd edilən Körfəz ölkələrindən Küveyt, Bəhreyn, Qatar, BƏƏ və Oman Allahın endirdiyi şəriət ilə hökm etməyən 
ölkələrdir, eyni ilə Azərbaycan kimi…

Tarix: 2017-12-03

Cavab #77 : Şeyx Fovzan – Allahın şəriəti ilə hökm etməyən rəhbərləri fərdi təkfir etmisiz?


Sual:

Şeyx, bəziləri sizin müəllifi olduğunuz tövhid kitabına istinadən deyirlər ki, siz Allahın şəriəti ilə hökm etməyən rəhbərləri müəyyən (fərdi) olaraq təkfir edirsiniz və onlar bu hökmü körfəz ölkələrinin rəhbərlərinə aid edirlər.

 

Şeyx gülür….
Bu nəfsinə uymaqdan başqa bir şey deyil. Mənim sözüm aydındır və heç bir qaranlıq məqam yoxdur. Bu haqda məlum təfsilat verilmişdir. Həmin qaydaların birində də deyilir ki, kim tamamiylə şəriət hökmlərini kənara qoyub yalnız dünyavi qanunlarla hökm edərsə, bu onun dünyavi qanunları üstün tutmasına dəlalət edir. Kim dünyəvi qanunları üstün tutarsa o kafirdir.
Mənim sözüm təfsilatlıdır. Lakin onlar öz məfhumlarına uyğun olanı götürür, sözümün qalan hissəsini isə tərk edirlər. Əgər onlar sözümü əvvəlindən oxusaydılar məsələ aydın olardı.

Sual verən:
Şeyx Muhamməd ibn İbrahimin sözü də eyni anlamdadır?

Şeyx: Fovzan:
Bəli, o da elədir. Kim tamamiylə şəriət hökümlərini kənara qoyub yalnız dünyavi qanunlarla hökm edərsə, bu onun dünyavi qanunları üstün tutmasına dəlalət edir. Kim dünyavi qanunları üstün tutarsa o kafirdir.

Sual verən:
Şeyx, bəs Körfəz ölkə rəhbərləri necə?!

Şeyx Fovzan:
Xeyr , xeyr, dediklərimiz ümumi sözlərdir. Fərdi insanlara tətbiq edilməsi isə araşdırılmalıdır.

Sual verən:
Şeyx, ümumi və fərdi hökm arasında fərq varmı?

Şeyx Fovzan:
Bəli, ümumi hökm ilə fərdi fərqlidir.

Sual verən;
Allah sizi qorusun, siz həmin sözlərinizlə ümumi hökmü nəzərdə tutmusunuz, elədirmi?

Şeyx Fovzan:
Heç şübhəsiz ki, ümumi hökmü nəzərdə tutmuşam! Onlar körfəz rəhbərlərini bura aid edirlər?

Sual verən:
Şeyx, onlar nəfslərinə uyub belə deyirlər.

Şeyx Fovzan:
Onlar körfəz ölkələri rəhbərlərini təkfir edib sonra nə edəcəklər?! Məgər bu islahdır?! Körfəz ölkə rəhbərlərini təkfir etmək islah etməkdirmi?! Bu islah deyil, fitnə-fəsad yaymaqdır.!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir