Oxunma sayı: 183

Sual #76 : Şeyx Fovzan – Futbola və seriallara baxmağın hökmü


Sual:

Televizorda futbola baxmağın hökmü nədir?

Tarix: 2017-12-03

Cavab #76 : Şeyx Fovzan – Futbola və seriallara baxmağın hökmü


Şeyx Fovzan:

Yəni, demək istəyirsən ki, sənin asudə vaxtın var, heç bir məşğuliyyətin də yoxdur və sən oturub futbola baxırsan?

Müsəlmanın vaxtı qiymətlidir və onu futbola, seriallara və digər əyləncələrə baxmaqla hədər etməməlidir. Hansı ki, bu onun nə dininə, nə də dünyasına fayda vermir. O vaxtını özünə fayda verəcək şeylərə həsr etməlidir.

Futbola baxmaqdansa yatmağın daha xeyirlidir. Yatıb, dincəlməyin və sonra da gecənin son hissəsində gecə namazına qalxmağın, sənə heç bir fayda verməyən şeylərə baxmağından daha xeyirlidir. Futbola baxmaq səni yatmağa qoymayacaq və fəcr namazını tənbəl şəkildə qılmağına səbəb olacaq.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir