Oxunma sayı: 156

Sual #70 : Şeyx Fovzan – Suriyadakı döyüşlər cihad sayılırmı?


Sual:

Suriyada (gedən döyüş) cihad sayılırmı? Ümumiyyətlə dəlil varmı ki, cihada getmək üçün rəhbərin (yəni, dövlət başçısının) izni olmalıdır?

Tarix: 2017-12-03

Cavab #70 : Şeyx Fovzan – Suriyadakı döyüşlər cihad sayılırmı?


Şeyx Fovzan:

Bu suala cavab, orada olan gedişatdır. (Yəni, hal-hazırki vəziyyət buna cavabdır.) Baxın görün nəsə səmərə veribmi? Baxın görün nəticəsi nədir? Bu məsələnin bir tərəfidir.

İkinci tərəfi isə:
Cihada əmr etməyin rəhbərin səlahiyyətində olmasına dəlil odur ki, 
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) əmr sahibi idi, cihada o başçılıq edirdi, o əmr edirdi, o nizamlayırdı və izn də o verirdi. Hətta yaşı az olanlar həddi buluğa çatdıqda cihada getmək üçün Allahın elçisindən (sallAllahu aleyhi və səlləm) izn istəyirdilər. O izn verərdisə cihada daxil olardılar, əks halda (yəni, izn verməsəydi) cihada yararlı olana qədər səbr edərdilər. Yəni, Onlar Allah Elçisindən (sallallahu aleyhi və səlləm) izn istəyirdilər.

Yoxsa belə (Suriyadaki kimi) deyildi ki, onların hər biri əlinə silah götürüb cihada daxil olsunlar. Xeyr, bu belə deyildi.

Həmçinin döyüşlərə izn verən və üzrlü olanları üzrlü görən Peyğəmbər (sallallahu aleyhi və səlləm) idi. Onlar üzrlərini ona bildirirdilər. İstər doğru söyləmiş olsunlar, istərsə də yalançı münafiqlər olsunlar. Yəni, hər halda onlara izn verən o idi. Və onlar da, elə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) izn istəyirdilər.

Kim cihada getmək istəyirdisə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) izn istəyirdi və hər kim üzrlü olduğuna görə getmək istəmirdisə, o da Peyğəmbərə (sallallahu aleyhi və səlləm) müraciət edirdi.

Şəkk yoxdur ki, bu iş rəhbərin səlahiyyətindədir.

Allah Təalə buyurur ki:
Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın!” -deyildikdə yerinizdə qaxılıb qalırsınız?” (Tövbə, 38)

Baxın burada “Allah yolunda döyüşə çıxın!” kəliməsini kim deyir? Bu sözü deyən kimdir? Şəkk yoxdur ki, bunu deyən rəhbərdir.

Bunu deyən Peyğəmbər (sallAllahu aleyhi və səlləm) idi.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur ki: “Əgər döyüşə çağırılsanız, qaça-qaça gedin!”(Buxari)

Döyüşə kim çağırır? Əlbəttə ki, döyüşə çağıran, hər məkanda və hər zamanda müsəlmanların rəhbəridir.

 

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir