Oxunma sayı: 206

Sual #69 : Şeyx Fovzan – Elm tələbəsi kimisə təkfir edə bilərmi?


Sual:

Fəzilətli şeyx, təkfir məsələsində püxtələşmiş elm tələbəsi, alimlərə yönəlmədən, öz elmi əsasında hər hansısa bir şəxsi təkfir edə bilərmi?

Tarix: 2017-11-26

Cavab #69 : Şeyx Fovzan – Elm tələbəsi kimisə təkfir edə bilərmi?


Şeyx Fovzan:

Təkfir məsələsi çox təhlükəli bir məsələdir. Hansı ki, bu məsələdə ayaqlar sürüşmüş, ağıllar çaşmışdır. Bu məsələdə alimlərə yönəlmək lazımdır. Şəriət məhkəməsi qurulmadan və həmin adamın sözünə, yaxud etdiyi əmələ baxılmadan, kiməsə kafir hökmü vermək icazəli deyildir.

Hər küfr edən təkfir edilirmi? Xeyr! Bu icazəli deyildir. Ümumi olaraq deyə bilərsən ki, filan əməli edən və ya filan sözü deyən və ya filan etiqadı edən adam kafirdir. Lakin müəyyən olaraq hər hansısa bir şəxsə gəldikdə isə, ona hökm vermək üçün şəriət məhkəməsinə müraciət edilib, (küfrü) isbat edilməlidir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir