Oxunma sayı: 197

Sual #68 : Şeyx Albani – Sizi videoya çəkmək olarmı?


Sual:

Sizin bu məclisinizi çəkmək olarmı? Avropadakı qardaşlar baxsınlar deyə. İcazə verirsinizmi?

Tarix: 2017-11-26

Cavab #68 : Şeyx Albani – Sizi videoya çəkmək olarmı?


Şeyx Albani:
Allaha sığınıram. Cahil olmaqdan Allaha sığınıram! (Bəqərə, 67)

Sual verən:
Biz video kameraya çəkməyi qəsd edirik!

Şeyx Albani:
Video özündə təsviri ehtiva edir, ya yox?

Sual verən:
Əlbəttə edir.

Şeyx Albani:
Bəs videonu lentə alan kameraçı “təsvir çəkən” adlanır yoxsa yox?

Sual verən:
Bəli. Çəkən sayılır.

Şeyx Albani:
Vəssalam. Cavabı özün verdin.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir