Oxunma sayı: 120

Sual #67 : Şeyx Fovzan – Kimsə İslamı pozan amillərdən nəsə etdisə ona dərhal hökm verilmir


Sual:
Şeyx, Allah sizi müvəffəq etsin!

Küfr hesab olunan əməllərdən. hansınısa edən bir insana birbaşa mürtəd və kafir hökmü verilirmi? Yoxsa bunun üçün qaydalar olmalıdır? Müəyyən insanın kafir və ya mürtəd olmasına kim hökm verməlidir?

Tarix: 2017-11-26

Cavab #67 : Şeyx Fovzan – Kimsə İslamı pozan amillərdən nəsə etdisə ona dərhal hökm verilmir


Şeyx Fovzan:

Ey qardaşlar! Bu məsələlər üçün elm və fiqh olmalıdır. İslamı pozan amillər aşılanmış və açıqlanmışdır.

Kimsə özünə müxalif olana “sən kafir oldun” deyib hökm verməməlidir. Bunu yalnız elm, bəsirət və mərifət sahibi olan alimlər edə bilərlər.

Həmçinin müəyyən şəxsin halı araşdırılmalıdır. Bəlkə o cahildir, bəlkə məcburdur, yaxud yozumlu düşünür.

Bu işdə hökmə hər kəs baş vurmur. Bunu yalnız alimlər bilirlər. Hər yerindən durub öyrənən , yenicə elmə başlayan tələbələr və təəssübkeşlər bunları bilməzlər.

Onlar İslamı pozan amilləri bilmirlər, yəni onlar bilmirlər ki, müəyyən bir insana nə vaxt hökm verilir. 

Kimsə İslamı pozan amillərdən nəsə etdisə ona dərhal hökm verilmir. Ola bilər məcburdur, yaxud cahildir, yaxud yozumlu düşünür, yaxud təqlid edir. Bu üzrləri mütləq nəzərə almaq lazımdır. Bu isə yalnız elmdə püxtələşmiş alimlərin bacardığı bir işdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir