Oxunma sayı: 124

Sual #64 : Şeyx Muqbilin azərbaycanlı sələfilərə etdiyi tarixi nəsihət


Sual:

Azərbaycandakı əhli sünnə gənclərə həmçinin, dünyanın müxtəlif yerlərində olan əhli sünnəyə nə nəsihət edərdiniz?

Tarix: 2017-11-26

Cavab #64 : Şeyx Muqbilin azərbaycanlı sələfilərə etdiyi tarixi nəsihət


Şeyx Muqbil:

Onlara Allahdan qorxmağı nəsihət edirəm. Bu, Allahın məxluqatına etdiyi bir vəsiyyətdir.
Allah Təalə buyurur:
“Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyyə etdik” (ən-Nisa, 131)

Sonra Allah üçün ixlaslı olmağı tövsiyə edirəm.
Allah Təalə buyurur:
“Bil ki, xalis din ancaq Allaha məxsusdur” (əz-Zumər, 3)

Bundan sonra isə bütünlüklə faydalı elm öyrənməyə yönəlməyi nəsihət edirəm.

Muslim (Allah rəhmət etsin) Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) belə buyurduğunu rəvayət edir: “Allah Təalə bu kitabla bəzi qövmləri ucaldır, bəzilərini isə alçaldır”

Beləcə, həmçinin Allahın kitabını əzbərləməyə önəm verməyi nəsihət edərdim. Həqiqətən də, bu önəmli məsələdir. Allahın kitabını əzbərləsən sənə fayda verəcək, məsələn, xütbə verərkən, təlim zamanı, qrammatika öyrənərkən, çünki, qrammatika alimləri misalları Quran ayələrindən gətirirlər, həmçinin ədəbiyyat öyrənərkən, çünki Quran ən uca ədəbiyyatdır. Buna görə də bacardıqları qədər Quran əzbərləmələrini nəsihət edirəm.

Bundan sonra, dəvət edərkən bacardıqları qədər səbirli, təmkinli olmağı və tələsməmələrini tövsiyə edirəm.

Bu məsələdə Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) həyatına baxmalıdır.

Mən Allaha həmd edirəm ki, əhli sünnənin dəvəti vasitəsi ilə bir çox xeyir baş vermişdir. Bununla belə məncə onlar çox zəif hərəkət edirlər, amma onlar nəyi bacarırlarsa onun hüdudlarında edirlər. Bununla belə Allah Təalə bir xeyir nəsib etmişdir.

Həmçinin, nəsihət edirəm ki, onlardan kim bacararsa elm əhlinin yanına səfər etsin. Onun yanında bir-iki il qalsın. Sonra ölkəsinə qayıtsın və Allah onun vasitəsi ilə İslam və müsəlmanlara fayda versin.

Sonra isə nəsihətim odurki, dini məsələləri böyük alimlərdən soruşsunlar.

Məsələn: Şeyx Albani, Şeyx İbn  Bəz və onların mislində olan digər alimlər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir