Oxunma sayı: 214

Sual #62 : Şeyx Fovzan – Azərbaycan haqqında


Sual:
Allah sizi xeyirlə mükafatlandırsın!
Bu sual azərbaycanlı bir elm tələbəsinin sualıdır.

Şeyx Fovzan:
Necə?

Sual verən:
Bu sual verən Azərbaycandandır. Soruşur ki, ölkəmizdəki, bəzi adamlar böyük şirk edirlər, lakin bizdə Quranın tərcüməsi var…

Şeyx Fovzan:
Hal-hazırda böyük şirk edənlər o qədərdir ki! İstər sizin ölkənizdə olsun, istər digər ölkələrdə olsun. Bəli.

Tarix: 2017-11-26

Cavab #62 : Şeyx Fovzan – Azərbaycan haqqında


Sual verən:
Ölkəmizdə bəzi adamlar böyük şirk edirlər, lakin bizdə Quranın tərcüməsi var. Həmçinin Səhih Buxari ilə Səhih Muslim də, tərcümə olunub.

Şeyx Fovzan:
Quranın tərcüməsi mümkün deyil, tərcümə olunan təfsirdir, Quranın mənasıdır. Amma Quranın tərcüməsi mümkün deyil. Allahın kəlamı başqa bir dilə köçürülə bilməz və bu mümkün də deyil. Bəli.

Sual verən:
Və başqa Tövhid kitabları və dərslər də var.

Şeyx Fovzan:
Biz də nə var?

Sual verən:
Bizdə Quranın tərcüməsi var, həmçinin Səhih Buxari ilə Səhih Muslim də tərcümə olunub.

Şeyx Fovzan:
Quranın tərcüməsini dedik ki, bu mümkün deyil. Quranın məna ilə tərcüməsidir. Bəli, həmçinin?

Sual verən:
Səhih Buxari ilə Səhih muslim də tərcümə olunub və digər tövhid kitabları və elmi dərslərdə mövcuddur.

Şeyx Fovzan:
Aha? Sonra?

Sual verən:
Onlar (böyük şirk edənlər) bununla belə üzrlü sayılırlarmı?

Şeyx Fovzan:

Bəli sayılırlar!
Yolunu azmış elə insan var ki, o qədər kitabı var, lakin onları nə başa düşmür, nə də anlamır! Elələri var ki, kitabxanası var, amma haqdan azır. Allaha sığınırıq! Çünki, elmsizdir və başa düşmür. Elmi alimlərdən götürməyib.

Kitablar kifayət etmir, nə Quranın təfsirinin tərcüməsi, nə Səhih kitablar toplumunun tərcüməsi, Müsnədlərin tərcüməsi, Sünənlərin tərcüməsi – bunların heç biri kifayət etmir. Mütləq alimlər olmalıdır. Mütləq alimlər olmalıdır ki, insanlara bəyan etsinlər. Onları əsaslar üzərində öyrətsinlər. Amma təkcə kitabların olması kifayət deyil.

Bu qorxağın əlində olan silaha bənzəyir. Sənin evin silahla dolu olarsa amma sən qorxaq olarsansa yaxud silahı necə istifadə etməyi bilməzsənsə, heç bir faydası olmaz.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

1 şərh Şeyx Fovzan – Azərbaycan haqqında üçün

  1. ayaz dedi:

    ALLAH sizi xeyirle mukafatlandirsin.demeli bu rafiziler qedr gecesinde qurani basina qoyur bunlarin delili varmi? salam eleykum.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir