Oxunma sayı: 182

Sual #61 : Şeyx Suheymi – Suriyada cihad varmı?


Sual:

Bizdə – Tunisdə gənclər Suriyaya (cihada) getmək istəyir, bunun hökmü nədir? Belə halda valideynin və hakimin izni lazımdırmı? Allah sizi xeyirlə mükafatlandırsın.

Tarix: 2017-11-26

Cavab #61 : Şeyx Suheymi – Suriyada cihad varmı?


Şeyx Suheymi:

Bunun cavabı bundan qabaqkı sualda verilmişdir, lakin buna baxmayaraq burada da, qısa da olsa cavablandıraq.

Deyirəm ki, həqiqi cihad şüarı yoxdursa, o ölkəyə (cihada) getmək icazəli deyildir. Bu birincidir.

İkincisi:
Əgər güc və qüvvət yoxdursa, oraya (cihada) getmək icazəli deyildir.

Üçüncüsü:
Açıq -aşkar tövhid şüarı olmasa, hansı ki, “Lə iləhə illəllah, Muhammədun Rasulullah” kəliməsini ucaldır – bu olmasa (o ölkəyə cihada getmək) icazəli deyildir.

Dördüncüsü:
Valideynlərin izni olmasa (cihada) çıxmaq icazəli deyildir.

Beşincisi:
Dövlət başçısının izni olmasa, istər müəyyən bir ölkəyə, istərsə də, ümumi bir yerə (cihada) getmək icazəli deyildir.

Altıncısı:
Kifayət qədər (siravi) ədəd sayı, silah növü olmadan, təkcə hisslərə qapılaraq (cihada) getmək icazəli deyildir.

Ona görə, yenə sonda qısa olaraq, o gənclərə deyirəm ki, valideynlərinin və həmçinin ölkə rəhbərlərinin izni olmadan, lazımı qədər silah və qüvvə olmadan (cihada) getmək düzgün deyildir.

Lakin Suriyada olan qardaşlarımıza bacardığımız qədər həm maddi, həm də mənəvi tərəfdən kömək etmək lazımdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir