Oxunma sayı: 213

Sual #60 : Şeyx Abbad – Təkfirçilərlə mübarizədə polislərə kömək etmək olarmı?


 

Sual:

Allah sizə xeyir nəsib etsin!
Biz ölkəmizdə təkfir mənhəcində olan və özlərini “Ənsəruş-Şəriyyə” yəni, “Şəriətə kömək edənlər” adlandıran bir qrup şəxs, polislərə və digər əsayiş keşikçilərinə hücumlar (suiqəsdlər) edirlər. Səbəb kimi onların (polislərin) Allahın hökmü ilə hökm vermədiklərini göstərirlər. Belə olan təqdirdə Əhli-Sünnə olan kəslər əsayiş keşikçiləri ilə birlikdə onlara qarşı vuruşa bilərmi?

Tarix: 2017-11-26

Cavab #60 : Şeyx Abbad – Təkfirçilərlə mübarizədə polislərə kömək etmək olarmı?


Şeyx Abbad:

Belə insanlara “Şəriətə kömək edənlər” deyilmir, onlar əslində şəriət düşmənləridir. Çünki, şəriət onların öz ağıllarına uyğun və istədikləri kimi təfsir edərək haqq əhlini və fəzilətli alimləri təkfir etmək deyil.

Ona görə də belələrinə “Şəriətə kömək edənlər” demək düzgün deyil. Bunlar özlərinə qarşı və şəriətə qarşı cinayət işlətmişlər. Belələrinə qarşı mübarizədə vacib olan odur ki, onlar dəvət olunsunlar və onlara bəyan edilsin.

Lakin onlar müsəlmanlardan əməlisaleh birinə qarşı çıxarlarsa, həmin müsəlmana kömək etmək lazımdır. Bunlara qarşı münasibət bir insanın malına, canına və namusuna hücum edən insana olan münasibət kimi olmalıdır.

Əgər onların şərindən yalnız öldürülmələri nəticəsində xilas olunacaqsa, onda öldürülməlidirlər. Lakin əgər onları tutaraq həbsə atmaqla şərlərindən xilas olmaq mümkündürsə, onda həbs edilirlər. Beləliklə də, onların şərindən xilas olunur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir