Oxunma sayı: 191

Sual #59 : Şeyx Fovzan – Özü evdə oturub, yeyir-içir, lakin camaatı cihada səsləyir


Sual:

Bəzi kəslər tanıyırıq ki, onlar ölkə rəhbərinin izni olmadan gəncləri cihada səsləyir və onları mal ilə təmin edir. Bu kəslər haqqında ölkə rəhbərinə xəbər verilməlidirmi? Bu haqda nə tövsiyyə edərdiniz?

Tarix: 2017-11-26

Cavab #59 : Şeyx Fovzan – Özü evdə oturub, yeyir-içir, lakin camaatı cihada səsləyir


Şeyx Fovzan:

Bəli edilməlidir. Lakin ilk öncə nəsihət edin. Əgər nəsihəti qəbul edib, əməlindən qayıdarsa, əlhəmdulilləh. Yox əgər, nəsihət qəbul etməzsə, o zaman müsəlmanlara və müsəlmanların övladlarına zərər verməməyi üçün onun haqda rəhbərə xəbər verin.

Onun bu dəvəti (gəncləri cihada səsləməsi) müsəlman övladlarını qarşıdurmaya və faydasız şəkildə məhv olmağa göndərməkdir.
Onları (cihada) səsləyən adam isə özü yerində oturub. Çox qəribədir! Bəziləri bu mövzuda emosional xütbələr verərək, müsəlmanların övladlarını bu qarşıdurmalara təşviq edirlər. Özləri isə evlərində oturub, yeyib-içirlər. Müsəlman övladlarını göndərir, onlara həvəsləndirici şeylər danışır, təşviq edir amma özü evdə oturub heç bir əməl etmir. 

Bunların hamısı batildir, həm də bu ziddiyatlı və təəccüblü bir şeydir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir