Oxunma sayı: 293

Sual #57 : Şeyx Əhməd ən-Nəcmi – Albani, İbn Bəz, Useymin murciədirsə, onda siz kimsiz?


Sual:

Bəzi sururi və hizbilərin kitablarından təsirlənənlər, bu üç alimi – Şeyx İbn Bəzi, Şeyx İbn Useymini və Şeyx Albanini dövlət rəhbərlərini təkfir etmədiklərinə görə murciəlikdə ittiham edirlər. Bu haqda nə deyərdiniz?

Tarix: 2017-11-26

Cavab #57 : Şeyx Əhməd ən-Nəcmi – Albani, İbn Bəz, Useymin murciədirsə, onda siz kimsiz?


Şeyx Əhməd ən-Nəcmi:

Bu cəhalət və zəlalətdir! Bu bidətçilər bizə hər gün bir sifət göstərirlər. Əgər ümmətin ən böyük alimləri, ən xeyirliləri və ən elmliləri olan Albani, İbn Bəz və İbn Useymin murciədirsə, onda digərləri nədir? Əgər onlar murciədirsə, o zaman murciə olmayan kimsə qalırmı? Heç kim qalmır. Biz, Allaha məxsusuq və ona da qayıdacağıq! Bu müsibət və bəladır! (Alimlər barədə) bu cür danışanlar haqda onu deyə bilərəm ki, onları tutub həbs etmək və tərbiyə etmək lazımdır. Hətta lazım gələrsə onlar döyülməlidirlər də… Əgər bu əməllərindən əl çəkməsələr, onlara daha ciddi cəzalar tətbiq etmək olar.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir