Oxunma sayı: 197

Sual #56 : Şeyx Suheymi – Onlar mücahid deyil! Yəhudi və xristianların köməkçiləridir.


Tarix: 2017-11-26

Cavab #56 : Şeyx Suheymi – Onlar mücahid deyil! Yəhudi və xristianların köməkçiləridir.


Şeyx Suheymi:

Onlar (cihad adı altında partlayış törədənlər) mücahid deyil. Onlar yerüzündə fəsad törədənlərdir. Fitnə-fəsad törədirlər.

Onlar – xristian və yəhudilərin xidmətçiləridir. Özləri bunun fərqinə varmasalar belə…

Baxın Fələstin darmadağın edilir. Məscidul-aqsanı dağıtmağa cəhd edirlər. Belə bir vaxtda bunlar da, (mücahid adı altında gizlənənlər, Aqsa məscidini) dağıtmağa rəğbətləndirir. 

Harada? Yəhudilərin içindəmi? Xeyr! Onlar deyir ki, biz müsəlmanların yaşadığı ərazidə partlayış törədəcəyik. Onlar deyir ki, bizim Qüdsə gedən yolumuz – kafirləri məhv etməkdən başlayır. Halbuki, onların kafir saydıqları kəslər – müsəlmanlardır.

Bu cür düşüncələrdən həzər edin. Bu xəvariclərin fikirləridir.

Əvvəlki xəvariclər indiki xəvariclərdən daha yaxşı idi. Bizim dövrdə olan xəvariclər əslən yalançıdırlar.

Bunlar pis niyyətli və hiyləgərdirlər. Əvvəlki xəvariclər açıq-aşkar meydana atılardılar. Onlarda yalan yox idi. Çünki onlar yalanı küfr sayardılar.

Bəs indiki xəvariclər? Bunlar yalanı caiz görürlər və üstəlik qadın paltarı da geyinirlər.

Yəqin eşitdiniz, bu yaxınlarda yerüzündə fəsat törədənlər ölkələrin birinə girmişdilər. Əlhəmdulilləh, onlar tutuldu, polis onları saxlayıb. İki nəfər olublar, biri sürücü, biri də arxada oturub. Arxada oturan qadın paltarında olub, əynində əbaya. Polislər sürücüdən: “Arxadakı kimdir?” – soruşanda o: “Anamdır!” – demişdir.

Nədir bu? Cihad yoxsa fəsad? Yoxsa şeytanın onlara oyunudur? Şeytan onları aldadıb və gözlərini kor edib

(Polisləri) aldatmaq üçün qadın paltarı geyinən həmin kəs, maşından düşərək atəş açmağa başlayıb.

Lakin onları zərərsizləşdirirlər və həmin qadın öldürülür.
Daha doğrusu qadın paltarı geyinmiş kişi. Əlhəmdulilləh.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir