Oxunma sayı: 163

Sual #55 : Şeyx Fovzan – Düşünmürəm ki, o yerlərə cihad etməyə gedib, orada ölənlər şəhid sayılsın!


Sual verən soruşur:

Şeyx, mən sizi Allah üçün sevirəm!
İraqa, Əfqanıstana, Fələstinə və digər yerlərə cihad etmək üçün gedib, orada öldürülən kəsin hökmü nədir? O şəhid sayılırmı?

Tarix: 2017-11-26

Cavab #55 : Şeyx Fovzan – Düşünmürəm ki, o yerlərə cihad etməyə gedib, orada ölənlər şəhid sayılsın!


Şeyx Fovzan:

Allah bilir. Allah bilir. O, həmin yerlərə müsəlmanların hakiminin icazəsi olmadan getdiyi üçün xəta edib. O xəta etmişdir. Və bu əməllə Allaha asi olmuşdur.
Həmçinin, rəhbərə də itaətsizlik etmişdir. Və çox güman ki, valideynlərinə də itaətsizlik etmiş, onlarla pis rəftar etmişdir.

Bu qədər günahlarla insan şəhid sayıla bilərmi? Düzünü Allah bilir, amma mən düşünmürəm ki o şəhid sayılsın.

Çünki o iki böyük günah etmişdir.
Birincisi, valideyninə asilik etmiş, ikincisi müsəlmanların rəhbərinə qarşı asilik etmişdir.

Axı rəhbər harasa gedib cihad etmək üçün əmr verməmişdir. Belə məsələlərdə şəxsi fikirlərə yer yoxdur, belə məsələlərin qaydası var. Bu məsələdə səlahiyyət müsəlman rəhbərin əlindədir. Biz isə tabe olanlarıq. Mütləq rəhbərə tabe olmalı və rəhbərimizin əmrindən çıxmamalıyıq!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir