Oxunma sayı: 197

Sual #54 : Şeyx Fovzan – Müəyyən şəxsin kafir olmasına kim hökm verə bilər?


Sual:

Möhtərəm şeyx, Allah sizi müvəffəq etsin.
Müəyyən bir şəxsin kafir olmasına kim hökm verə bilər?

Tarix: 2017-11-26

Cavab #54 : Şeyx Fovzan – Müəyyən şəxsin kafir olmasına kim hökm verə bilər?


Şeyx Fovzan:

Hökm verən kimsə elm və bəsirət sahibi olan, əhkamları bilən və onu vəziyyətə uyğun təyin edə bilən alim olmalıdır. Bu avamların və ya elm iddiasında olanların, yaxud nəfsi istəklərinə uyanların işi deyil. Bu işlərdə hökmü elm və bəsirət əhli verir. İman gətirdikdən sonra bir insanın kafir olmasına bu təbəqə qərar verə bilər.

Müəyyən bir şəxsə qazi yanında mütləq hüccət çatdırılmalıdır. Çünki onun üzrü ola bilər. Ola bilsin yozumlu düşünür. Bu mütləqdir. Müəyyən (şəxs) yalnız qazinin, şəriət məhkəməsinin qərarı ilə təkfir edilə bilər.

Amma ümumi ifadə olaraq “kim belə edərsə kafirdir! Allahdan başqasına dua edən kafirdir! Allaha şərik qoşan kafirdir! Allahdan başqası üçün qurban kəsən kafirdir!” sözləri ümumi sözlərdir. Ümumi təkfir edilir, amma müəyyən bir şəxs isə yalnız qazinin yanında təkfir edilə bilər.

Çünki ola bilər ki, həmin adamın üzrü olsun. O ya cahil, ya məcbur, ya yozumlu düşünən ola bilər. Onun üzrü ola bilər.

Bunlar mütləq qazinin iştirakı ilə araşdırılmalıdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir