Oxunma sayı: 163

Sual #52 : Şeyx Fovzan – Buseyri kafirdirmi?


Qeyd:

Buseyri məhşur sufi şairlərindəndir. Şeirləri (Qasidətul burdə; Qasidətul buraə; Əl-Kəvəkib əd-Duriyyə fi mədhi xeyril bəriyyə və s.) küfr və şirklə zəngindir. Şeirlərində peyğəmbəri (sallAllahu aleyhi və səlləm) mədh edərək elmin, qeybin açarlarının və bağışlanmanın onun əlində olduğunu söyləmişdir.

Tarix: 2017-11-22

Cavab #52 : Şeyx Fovzan – Buseyri kafirdirmi?


Sual:

Hörmətli şeyx, Allah sizi müvəffəq etsin! Buseyri haqqında çox suruşurlar. Onun küfrü (kafir olması) haqda hökm verilirmi?

Şeyx Fovzan:

Biz onun nə üzərində (küfrün yoxsa İslam dininin üzərində) öldüyünü bilmirik. Müəyyən kəsin kafir olmasına yalnız onun küfr üzərində öldüyünə dəlil olduqdan sonra hökm veririk.

Sadəcə deyirik ki, onun bu sözü küfrdür və kim bunu etiqad edərsə o kafirdir. Lakin bu şəxsin nəyin üzərində öldüyünü və sonunun nə ilə bitdiyini bilmirik.

Bizim (müəyyən) şəxslərlə işimiz yoxdur. Bizim işimiz insanları azdıran, zəlalətə salan, batil edən sözlərlədir. Onu mütləq batil etməli ona rədd etməliyik.

Sual:

Hörmətli şeyx, Allah sizi müvəffəq etsin! İş yerində bəzi yoldaşlarımız Buseyrinin qəsidəsini çox dinləyirlər və onda xətaların olduğunu, lakin bununla yanaşı çoxlu xeyirin də olduğunu deyirlər.

Şeyx Fovzan:

Onda xeyir yoxdur. Onu deyənlər yalançıdırlar. Onda xeyir yoxdur. Onda böyük şirk var. Allaha sığınılır.

Hanı onda xeyir? Onlara söylə ki: “Onda xeyir yoxdur! Onlar bunun üzərində ölmədən öncə Allaha tövbə etsinlər.”

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir