Oxunma sayı: 132

Sual #50 : Şeyx Fovzan – Keçmiş Sovet imperiyasından ayrılmış əhalinin hökmü


Sual:

Rusiyadan bir nəfər soruşur ki, məlumdur ki, bizim ölkələrəmiz yetmiş ildən çox sovet imperiyasının əsarəti altında olmuşdur. İndi Allaha şükür olsun, İslam dini yayılmışdır. Lakin islama nisbət olunanların əksəriyyəti İslamın həqiqətini bilmirlər. Onlar etiqad edirlər ki, İslam Allaha, mələklərinə, kitablarına …. iman gətirməkdir.

Tarix: 2017-11-21

Cavab #50 : Şeyx Fovzan – Keçmiş Sovet imperiyasından ayrılmış əhalinin hökmü


Şeyx Fovzan:

Bu müsəlmanların səhlənkarlığındandır. Müsəlmanlara vacibdir ki, oraya getsinlər və onları öyrətsinlər. Bu müsəlmanların vacib qardaşlıq borcudur. Müsəlman qardaşları oraya getməli və onları öyrətməlidirlər, islamı öyrətməlidirlər. 

Həmçinin onlardan İslam universitetlərinə tələbələr qəbul etməlidirlər ki, gəlib oxusunlar, tövhidi, əqidəni, fiqhi, hədisi, təfsiri və s. bilsinlər. Onlar oxuduqdan sonra ölkələrinə qayıtsınlar və Allaha dəvət etsinlər. Bu mütləqdir. Müsəlmanlar öz qardaşları haqqında bixəbər olmalı deyillər, onları cahillikdə tərk etməli deyillər.

Sual verən:
Biz onlarla necə davranaq ( müamilə edək )? Onların kəsdiklərini yeyək, qızları ilə evlənəkmi? Cənazələrini müşayiət edəkmi?

Şeyx Fovzan:

Madam ki, onlar İslamı izhar edir və özlərini İslama nisbət edirlər və bununla yanaşı cahillikləri varsa onlar müsəlmandırlar, onlarla müsəlman müamiləsi edilir.

Amma onları özbaşına buraxmaq olmaz, səhlənkar yanaşılmaz. Mütləq İslamı öyrətmək, açıqlamaq lazımdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir