Oxunma sayı: 170

Sual #49 : Şeyx Fovzan – Niyə Muhəmməd İbn Abdulvahhab İbn Arabini və İbnul Fəridi təkfir etmirdi?


Sual:

Mənim üçün Muhəmməd ibn Abdul-Vahabın Qasim camaatına göndərdiyi risalədə olan sözləri qaranlıq qalmışdır. Çünki o, həmin risalədə İbn Arabini və İbnul Fəridi təkfir etmirdi.

Tarix: 2017-11-21

Cavab #49 : Şeyx Fovzan – Niyə Muhəmməd İbn Abdulvahhab İbn Arabini və İbnul Fəridi təkfir etmirdi?


Şeyx Fovzan:

Bu müəyyən şəxsi təkfirinə aiddir! Müəyyən şəxsin təkfirində ixtilaf vardır! 

Çünki sən bilmirsən onun sonu necə olacaq, sən ancaq bunun zəlalət və xəta olduğunu deməlisən!

Və ya deməlisən ki, bu küfrdür. Lakin demə ki, onu edən kafirdir və ya cəhənnəmlikdir. Axı sən onun sonunun necə olduğunu bilmirsən.

Və imam Muhəmməd ibn AbdulVahab da, məsələyə bu yöndən belə yanaşmışdır. Alimlər də bu məsələyə belə yanaşmışdırlar.

Kimisə müəyyən təkfir etmək qadağandır, çünki sənin onun halından xəbərin yoxdur. Onun sonunun necə olacağını, hansı halda öləcəyini bilmirsən!

Sual verən:
Müəllim və tələbə heyətinə nəsihətinizi dinləmək istəyərdik!

Şeyx Fovzan:

İbn Arabi məzhəbinə gəldikdə isə onun məzhəbi küfrdür, zəlalətdir. Vəhdətul Vucud məzhəbidir.

Lakin müəyyən şəxsin hökümünə gəldikdə isə, yəni həmin şəxsin kafir kimi öldüyünə gəldikdə, bunda çoxları dayanmışdır! (Hökm verməkdən çəkinmişlər!)

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir