Oxunma sayı: 216

Sual #48 : Şeyx Fovzan – Suriyada cihaddırmı?


Sual verən:

Suriyada olan qardaşlarımız üçün nə etməliyik? Belə bir vaxtda cihada getmək vacibdirmi?

Tarix: 2017-11-21

Cavab #48 : Şeyx Fovzan – Suriyada cihaddırmı?


Şeyx Fovzan:

Rəhbər cihada çağırarsa o zaman cihad vacib olur. Əgər müsəlmanların rəhbəri əsgərləri cihada səfərbər edirsə, döyüş üçün ordu hazırlayırsa, iştirak etmək qabiliyyəti olan hər bir kəsə döyüşmək vacib olur.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur: “Əgər hakim sizi döyüşə göndərirsə, gedin!” (Buxari)

Uca Allah buyurur:
Sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın!”- deyildikdə yernizdə qaxılıb qalırsınız? (Tövbə, 38)

Cihad – mütləq müsəlman başçının rəhbərliyi ilə olmalıdır.

Fərdi insanlara gəldikdə isə, hərə əlinə bir silah alıb nəsə etmək istəyir, bu isə heç bir fayda vermir. Bu əməllər birliyə deyil, əksinə, qan tökülməsinə səbəb olur. Bu danılmaz faktdır. Bizə vacib olan Suriyadakı qardaşlarımız üçün dua etməkdir. Allahdan onlar üçün qələbə və onlara zülm edənlər üzərində müvəffəqiyyət diləməliyik.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir