Oxunma sayı: 192

Sual #47 : Şeyx Fovzan – Suriyaya döyüşmək üçün getmək olarmı?


Sual:

Suriyaya döyüşmək üçün getmək olarmı? Bu cihad saylırmı?

Tarix: 2017-11-21

Cavab #47 : Şeyx Fovzan – Suriyaya döyüşmək üçün getmək olarmı?


Şeyx Fovzan:

Allaha həmd olsun! İnsan, onu fitnələrdən qoruduğu üçün Allaha həmd etməlidir. Orada cərəyan edən hadisələr fitnədir. Heç kəs, o hadisələrə qarışmamalı və əksinə onlardan uzaq gəzməlidir. Lakin o, müsəlmanlar üçün Allaha dua etməlidir. Allahdan müsəlmanlara qələbə bəxş edib, düşdükləri çətin vəziyyətdən çıxmaqlarını diləməlidir. Qoy, çoxlu dua etsin! 

Ora (Suriyaya) döyüşmək üçün getməyə gəldikdə isə, bu qadağandır!

Birinci ona görə qadağandır ki, hər kəsin ailəsi, valdeynləri və yaxınları var.
İkincisi isə, mütləq rəhbərin icazəsi olmalıdır.

Cihada iki şərtlə gedə bilərsən: Rəhbərin və atanın icazəsi olmalıdır. 

Suriyada baş verənlər isə fitnədir və bu fitnədən uzaq durmalısan!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir