Oxunma sayı: 256

Sual #44 : Şeyx Fovzan – Azərbaycanda İsa peyğəmbərin təhqir olunması.


Sual:

Möhtərəm şeyx, Allah sizi müvəffəq etsin. Bu həftə Azərbaycanda qəzetlərdən biri İsa və anası Məryəmi çox iyrənc təsvirlərlə təsvir etmişlər.
Onlar bunu bəzi Danimarka qəzetlərinin peyğəmbərimiz Muhəmmədə (sallAllahu aleyhi və səlləm) qarşı etdiklərinə cavab olaraq ediblər.
İsa və anasına qarşı bu addımı atanlar bununla kafir olurlarmı? İslam dinindən mürtəd olurlarmı? Onu da deyim ki, bunu edənlər özlərini İslama nisbət edirlər.

Tarix: 2017-11-21

Cavab #44 : Şeyx Fovzan – Azərbaycanda İsa peyğəmbərin təhqir olunması.


Şeyx Fovzan:

Heç şübhə yoxdur ki, cahillik insanı bundan da pis işlərə sövq edir. Bu cahillikdir. Allaha sığınırıq.
İsa Məsihin günahı nədir?! Anasının günahı nədir?! Allah onlardan razı olsun. Biz bütün peyğəmbərlərə iman gətirir və hamısına hörmətlə yanaşırıq. Hətta bütün ümmətlərdən olan möminlərə hörmətlə yanaşırıq. Biz mömin qardaşlarımız üçün Allahdan bağışlanma diləyirik.
Ayədə deyilir:
“Ey Rəbbimiz bizi və bizdən öncə yaşamış iman sahibi qardaşlarımızı bağışla.” (əl-Həşr surəsi :10)
Biz möminləri hansı nəsildən, hansı əsrdə yaşamasından asılı olmayaraq: Adəmdən qiyamətə qədər-dost tuturuq, onlar bizim qardaşlarımızdır.
Biz onlara rəhmət oxuyur, onları alçaltmırıq. Peyğəmbərləri alçaltmaq küfrdür. İsanı (aleyhissələm) alçaldanlar küfr ediblər. Küfrü küfr ilə qarşılamaq olmaz. Allah qorusun. Bu icazəli deyildir.
Amma bunu edənlərə kafir hökmünün verilməsinə gəlincə biz bilmirik onlar bəlkə cahildirlər, yaxud yozumlu düşünürlər və sairə. Yəni, onlar cahildirlər və cahillik üzr sayılır.
Onların hökmünü deyə bilmərik, dayanırıq, Amma bu əməl pis əməldir, etmək olmaz. Bu peyğəmbərləri bir-birindən ayırmaqdır.
Uca Allah möminlərin dilindən belə buyurur:
“Onlardan heç birini digərindən ayırmırıq….” (əl-Bəqərə, 136)
Biz həm İsaya, həm də bütün peyğəmbərlərə hörmət edirik. Etiqad edirik ki, kim onlardan birini alçaldarsa o kafirdir. Amma müəyyən insana cahillik və digər bilinməyən səbəblərə görə kafir hökmü verə bilmərik.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir