Oxunma sayı: 134

Sual #41 : Şeyx Fovzan – Bəşər Əsəd kafirdirmi?


Sual:

Bəziləri bir çox hakimlərin kafir olması barədə hökm verirlər.
Məsələn mən dostlarımla oturanda sual olunur ki, filan rəhbər kafirdir yoxsa yox?
Məsələn, Bəşər Əsəd kimisi. Bəziləri deyir ki, o kafirdir, digərləri isə deyir ki, kafir deyil. Hədisdə deyilir ki, bizimlə onların arasında olan əhd namazdır. Televizorda bəzən görürük ki, Bəşər Əsəd namaz qılır. İndi Bəşər əsəd kafirdir yoxsa yox?

Sizi rəsmi bir insan olaraq qəbul edib bu haqda bir açıqlama verməyinizi xaiş edirəm.

Tarix: 2017-11-21

Cavab #41 : Şeyx Fovzan – Bəşər Əsəd kafirdirmi?


Şeyx Fovzan:

Ey qardaşım! Allah səni bu işlə məşğul olmağa mükəlləf etməmişdir. Yəni, insanlar haqqında danışmaq, filankəsi, o birisini, bu birisini təkfir etməklə mükəlləf etməmişdir. Sən dostlarına tövsiyə et ki, onlar da bu mövzulara toxunmasınlar. Bunlar təhlükəli mövzulardır.

Həmçinin bunlar sizin səlahiyətiniz deyildir, alimlərin səlahiyyətidir. İnsanların təkfiri açıq-aşkar dəlilsiz icazəli deyildir və bu yalnız alimlərə məxsusdur. Həmçinin hökmü bəyan etməyə ehtiyac olduqda (alimlər tərəfindən) danışılmalıdır. Əgər hökmü bəyan etməyə ehtiyac yoxdursa, bu kimi söhbətlər məclislərdə müzakirə edilməməli, camaatın söz-söhbətinə çevrilməməlidir.

Çünki bu fitnədir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir