Oxunma sayı: 217

Sual #33 : Şeyx Fovzan – Yuxu yozumu haqqında


Sual:

Möhtərəm şeyx, verilişimizə göndərilən bir sualda deyilir:
Günümüzdə yuxu yozumuna dair kitablar geniş yayılmışdır və insanlar o kitabları oxumağa aludə olmuşdurlar. Bu haqda fikriniz nədir, ümumən yuxu yozumları ilə məşğul olanlara nə söyləyərdiniz?

Tarix: 2017-11-20

Cavab #33 : Şeyx Fovzan – Yuxu yozumu haqqında


Şeyx Fovzan:

Yuxu yozumu haqda mötəbər bir kitab yoxdur. Doğrudur, bəzi kitabılar mövcuddur. Fəqət, onların heç bir isnadı yoxdur. Bəzi insanlara şamil edilməsinin də heç bir əsası yoxdur.

Misal olaraq, ibn Sirinin yuxu yozumu haqda kitabı, Mənəviyə məxsus olduğu iddia edilən geniş həcimli “ət-Tətiril Ənəm fit-Təfsiril əlhəm” və s. kitabları qeyd etmək olar. Bunların heç bir əsası yoxdur və bu kitablara etibar etmək doğru deyildir!

Yuxu yozumu sahəsinin öz mütəxəssisləri var ki, bu onların peşəsidir. Allah onlara fəhm və fərasət vermişdir. Bununla yuxunu anlayırlar. Müsəlman olan kəs yuxularla məşğul olmamalıdırlar.

Hər dəfə yuxu gördükdə, səhərdən etibarən işi-gücü onu yozmaq olmamalıdır. Gözəl yuxu görmüşdürsə, əminlikdə olub buna sevinməli, pis yuxu görmüşdürsə, öncə şeytandan Allaha pənah aparmalıdır.

Hədisdə deyildiyi kimi, öncə sol tərəfə üç dəfə xəfif tüfürür,
digər tərəfi üstə çevrilir və yuxunu heç kimə danışmayaraq gizli saxlayır. Allahın izni ilə bu yuxudan ona heç bir zərər gəlməz. Onu yozmur və izahda vermir. Allahın izni ilə ona heç bir zərəri toxunmaz. Bunlar səhih yuxulara aiddir.

Qarışıq yuxulara və insanın düşüncəsindən doğan yuxulara gəldikdə isə,  bunların heç bir əsası yoxdur və insan bunlarla məşğul olmalı deyil.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir