Oxunma sayı: 230

Sual #32 : Şeyx Fovzan – İslamdan çıxaran əməllərdə cahillik üzrdür!


Şeyx Fovzan:

Bu məsələnin dəqiqləşdirilməsinə dəlalət edir. Əslə görə müsəlman İslamda hesab olunur, ta ki İslamdan çıxaran məlum əməllərdən birini etdiyi tam təsdiqini tapana qədər.

Bu əməllərin ən şiddətlisi Allaha şərik qoşmaq, Allahdan başqasına dua etmək, kömək istəmək və İslamı pozan digər bu kimi əməllərdir. Hansılar ki, alimlər bunları qeyd etmişlər.

Şeyxulİslam Muhəmməd ibn Abdul-Vahhab (Allah ona rəhmət etsin) bu əməlləri ‘On amil’də toplamış və onları kiçik risalədə cəm etmişdir. Onun qeyd etdiyi əməllər ən çox baş verən əməllərdir.

İslamdan çıxaran əməllərdən biri baş verdikdə və onu edən üzrlü hesab olunmazsa onun mürtəd olduğuna hökm edilir. Belə insana hökm verən rəbbani və elmdə püxtələşmiş alimlər olmalıdır.

İnsanların kafir olduğuna dair hökmü elm iddiasında olanlar, yaxud elmdə yeni olanlar, yaxud cahillər, ya da heç bir elm və düşüncə olmadan kor-koranə danışanlar verməli deyillər.

Bu çox təhlükəli məsələdir. Bunun qərarı alimlərə, dində fəqih olanlara aiddir.

Kimsə İslamdan çıxaran əməllərdən birini edərsə, o zaman ona bəyan edilir (hüccət qaldırılır), etdiyi iş izah edilir, sonra tövbə etməsi tələb olunur. Ona hökm verməkdə tələsmək olmaz.

Onun (yəni, İslamdan çıxaran əməllərdən birini edənin) təkfirinə mane olan üzrü ola bilər.

Üzrlərin birincisi – cahil olmaqdır!

İnsan bu əməlin İslamdan çıxaran əməllərdən olması barədə cahil ola bilər. Bu ona açıqlanır və izah edilir.

 

Tarix: 2017-11-20

Cavab #32 : Şeyx Fovzan – İslamdan çıxaran əməllərdə cahillik üzrdür!


Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir