Oxunma sayı: 215

Sual #31 : Şeyx Fovzan – Cihada getmək istəyən gəncə nəsihət.


Sual:

Həmd olsun Allaha ki, mən dinə bağlı olan gəncəm. Və mən Allah yolunda cihada çıxmaq istəyirəm. Mənim bir çox dostlarım artıq cihada gediblər. Mən isə getmək arzusundayam və valideynlərimin iznini gözləyirəm. (Cihada çıxmaq ərəfəsində) mənə nə tövsiyyə edərdiniz?

Tarix: 2017-11-20

Cavab #31 : Şeyx Fovzan – Cihada getmək istəyən gəncə nəsihət.


Şeyx Fovzan:

Sənə nəsihətim odur ki, öz ölkəndə qalıb, dininlə məşğul olasan! Elm tələb edəsən və valideynlərinə baxasan! Öz ölkəndə qalıb, dolanışığına bax, elm öyrən, dininlə məşğul ol, valideynlərinin qayğısına qal!

Cihada getməyə gəldikdə isə, cihad – vahid müsəlman başçının rəhbərliyi altında aparılır.

Əgər rəhbəriniz hərbi yürüşə çıxarsa, yaxud hərbi səfərbərlik elan edərsə, o zaman onun əmrinə tabe olmaq vacibdir.

Necəki, Uca Allah buyurur:
“Sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın!” – deyildikdə yerinizdə qaxılıb qalırsınız?” [Tövbə, 38]

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur: “Əgər hakim sizi döyüşə göndərirsə, gedin!”[Buxari]

Və bu səlahiyyət rəhbərə aiddir. Cihadın yalnız müsəlman başçının rəhbərliyi altında aparılması – əqidə kitablarında mövcuddur.

Bu vacib şərtdir! 

Həmçinin bir şeyi bilmək lazımdır ki, əgər cihad fərdul-kifayə olarsa, bu zaman cihada çıxmaq üçün valideynlərin icazəsi olmalıdır.

Bir kişi gəlib Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) cihada izn istədi. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) soruşdu: “Valideynlərin sağdırmı?” O: “Bəli”- dedi. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) dedi: “Valideynlərinlə cihad et!” [Buxari, Muslim]

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) onu valideynlərinin yanına qaytardı ki, onlara baxsın, onların qayğısına qalsın.

Bu özü də Allah yolunda cihaddır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir