Oxunma sayı: 127

Sual #30 : Şeyx İbn Bəz – Mənim şəkillərimi paylaşanlar.


Onlara nəsihətim budur ki, dəvət jurnallarına şəkil qoymasınlar. Həmçinin bir şəxs haqda məqalə yazdıqda onun şəklini, izni olmadan yerləşdirməsinlər. Hətta (sahibi) izn versə belə, səhih görüşə görə onu çəkmək düzgün deyildir.

Kimsə mənim adımdan məqalə dərc edirsə, ora şəklimi qoymağı qadağan edirəm. “Mən buna icazə vermirəm. İcazə vermirəm ki, şəklimi ora qoysunlar!”

Hər kim məndən (nəsə məqalə) yazırsa, ora şəklimi qoymağı qadağan edirəm və buna qətiyyən razı deyiləm. Çünki mən etiqad edirəm ki, şəkil çəkmək mütləq şəkildə icazəli deyildir. Məhz buna görə də, heç kimə – kim ki, məndən (nəsə) nəql edirsə, istər jurnalda olsun, istər qəzetdə olsun – ora şəklimi qoymağa icazə vermirəm.

Mən bunu bütün qardaşlarıma deyirəm və hər birinə nəsihət edib, onlara çatdırıram ki, mən şəklimin hər hansı bir məqaləyə və ya nəşr olunan fətvalara qoyulmasına razı deyiləm.

Tarix: 2017-11-20

Cavab #30 : Şeyx İbn Bəz – Mənim şəkillərimi paylaşanlar.


Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir