Oxunma sayı: 174

Sual #29 : Şeyx Fovzan – Mobil telefonla şəkil çəkməyin hökmü


Sual:

Mobil telefon ilə şəkil çəkməyin hökmü nədir? Çünki bəzi kəslər deyir ki, bu mücərrəd olaraq kölgənin dayandırılmasıdır və burada haram heç bir şey yoxdur!

Tarix: 2017-11-20

Cavab #29 : Şeyx Fovzan – Mobil telefonla şəkil çəkməyin hökmü


Şeyx:
Ola bilər onun üçün burada haram bir şey olmasın, amma Sünnə və dəlillərə görə şəklin bütün növü haramdır və şəkil çəkən lənətlənmişdir, Qiyamət günü isə şiddətli əzaba məruz qalacaqdır. Kim (cürət edib) telefonla şəkil çəkməyi buradan (istisna edərək) çıxara bilər?!

Allah rəsulu (sallAllahu aleyhi və səlləm) təsviri mütləq şəkildə haram etmişdir. İstər telefonla, istər kamerayla, istərsə də əl ilə olsun, bunların hamısı ona daxildir. Allah rəsulu (istisnasız) mütləq şəkildə haram etmişdir. Kim (cürət edib) deyə bilər ki, Allah rəsulu (sallAllahu aleyhi və səlləm) (nəyisə) istisna edib?

Lakin bəzi alimlər buna zərurət olduqda icazə vermişlər. Əgər insana zərurət halında təsvirə ehtiyac olsa bu zaman istisna etmişlər. Yalnız bu halda icazəli görmüşlər. Çünki uca Allah buyurur: “Məcburiyyət qarşısında olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir.” (Ənam surəsi, 119)

Lakin maraq üçün, həmçinin peşə sahəsi olaraq fotokamera ilə  və ya əl ilə, yaxud digər bir vasitə ilə şəkil çəkmək haramdır. İcazəli deyildir! Yalnız zərurət halı istisnadır, o da zərurət qədərində…

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir