Oxunma sayı: 162

Sual #28 : Şeyx Useymin – Ölünü yumaq üçün pul götürmək olarmı?


Sual:

Ölünü yuyub-kəfənləmək müqabilində pul götürmək icazəlidirmi?

Tarix: 2017-11-20

Cavab #28 : Şeyx Useymin – Ölünü yumaq üçün pul götürmək olarmı?


Şeyx Useymin:

Əgər bu ödəniş, yaxud hədiyyə heç bir şərtsiz verilirsə, şübhəsiz ki, bu icazəlidir və burada heç bir problem yoxdur! Çünki bu pul – ölünü yuyan və kəfənləyən kəsə, gördüyü işin qarşılığında verilir.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:
“Kim sizə bir yaxşılıq edərsə, onun əvəzini verin!

Lakin öncədən bu ödəniş barədə şərt kəsilərsə şübhəsiz ki, bu, ölünü yuyub-kəfənləyənin savabını azaldır. Çünki ölünü yuyub-kəfənləyən kəs yüksək əcrə sahibdir. Bu əməl fərdul-kifayədir.

(*Fərdul-kifəyə – Bir və ya daha çox müsəlmanların yerinə yetirməsi ilə digərləri üçün vacib olmayan əmələ deyilir.)

Belə ki, ölünü yuyub-kəfənləyən kəs fərdul-kifayə savabına nail olur. Lakin bu etdiyinin müqabilində pul götürməsi, onun savabını azaldır. Fəqət, pul götürməsində heç bir problem yoxdur!

Çünki bu pul – başqası üçün görülən bir işin müqabilində verilib, başqası üçün görülən bir işin müqabilində pul götürmək olar.

Daha doğru rəyə əsasən, bu əməl – Quran öyrətmək qarşılığında pul götürmək misalındadır!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir