Oxunma sayı: 159

Sual #24 : Şeyx Useymin – Qadının bayram namazına getməsi daha əfzəldir, yoxsa evdə qılması?


Sual:
Qadının bayram namazına getməsi daha əfzəldir, yoxsa evdə qalması?

Tarix: 2017-11-19

Cavab #24 : Şeyx Useymin – Qadının bayram namazına getməsi daha əfzəldir, yoxsa evdə qılması?


Şeyx Useymin:
Onlar üçün bayram namazına getmək daha əfzəldir.

Çünki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) qadınlara, bayram namazına getməyi əmr etmişdir. Hətta həddi-büluğa çatmamış qızlar və bakirələrə – hansı ki, onlar adətən evdən çölə çıxmırlar.

Qadınlar bayram namazına getməlidir, eləcə də, heyzli qadınlar bayram namazına getməli, lakin namazgahdan aralı durmalıdırlar. Yəni, heyzli qadınlar da digər qadınlar kimi bayram namazına getməli, lakin bayram namazı qılınan yerə girməməlidirlər.

Çünki bayram namazının qılındığı yer məscid sayılır və heyzli qadınlara da məsciddə durması caiz deyildir. Lakin orada durmamaq şərti ilə, oradan keçərək, ehtiyacları olan bir şeyi götürə bilərlər.

Ona görə də deyirik ki,
“Qadınlar bayram namazına gedib, bu namazı kişilər ilə birgə qılmalıdırlar. Çünki orada xeyir var, zikr və dualar edilir!”.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir