Oxunma sayı: 211

Sual #23 : Şeyx Albani – Qadın maşın sürə bilərmi?


Sual verən:
Qadın maşın sürə bilərmi?

Tarix: 2017-11-19

Cavab #23 : Şeyx Albani – Qadın maşın sürə bilərmi?


Şeyx Albani:
Bir halda ki, qadına uzunqulağa minmək icazəlidir, demək, maşın sürməsi də icazəlidir.

Məgər deyənlər varmı ki, uzunqulağa minmək olmaz? Xeyr! Bunu heç kim deməyib. Lakin bunun əksini söyləyiblər.

Sual verən:
Şeyx, məgər uzunqulaqla maşın eynidir? Axı onlar fərqlidir!

Şeyx Albani:
Bunlardan hansı qadını daha çox örtür?

Sual verən:
Minik!

Şeyx Albani:
Hansı minik? Maşın yoxsa uzunqulaq?

Sual verən:
Uzunqulaq!

Şeyx Albani:
Qadını uzunqulaq daha çox örtür? Allah sənə hidayət versin!

 

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir