Oxunma sayı: 255

Sual #22 : Şeyx Useymin – Qadına niqab və əlcəklə namaz qılmaq icazəlidirmi?


Sual:
Qadına niqab və əlcəklə namaz qılmaq icazəlidirmi?

Tarix: 2017-11-19

Cavab #22 : Şeyx Useymin – Qadına niqab və əlcəklə namaz qılmaq icazəlidirmi?


Şeyx:
Əgər qadın öz evində və ya yalnız ona məhrəm olan kişilərin yanında namaz qılırsa, alnın, burnun və ovucların səcdə yerinə birbaşa dəyməsi üçün üzünü və əllərini açmalıdır.

Lakin naməhrəm kişilərin olduğu ətrafda namaz qılarsa, onda üzünü örtməsi vacibdir. Çünki naməhrəm yanında üzü örtmək vacibdir. Qadına onların yanında üzü açıq gəzməsi halal deyildir!

Necə ki, uca Allahın kitabı, Rəsulunun (sallAllahu aleyhi və səlləm) Sünnəsi və hələ mömin bir tərəfə qalsın, ağıllı insandan yan keçməyən düzgün baxış buna dəlalət edir.

Qadına əlcək geyinmək əmr olunmuşdur. Səhabə qadınlar (Allah onlardan razı olsun) əlcək geyinmişlər. Buna dəlil olaraq Allah rəsulu (sallAllahu aleyhi və səlləm) buyurur: “Ehramda olan qadın niqab taxmasın və əlcək geyinməsin.” (Buxari)

Bu dəlildir ki, onlar daim əlcəkdə idilər. Ona görə də, qadın naməhrəm kişilərin olduğu ətrafda namaz qılarsa, əlcək geyinməsində bir qəbahət yoxdur.

Üzün örtülməsinə gəldikdə isə, qadın ayaq üstə və ya oturaq halda olarkən üzünü örtməli, səcdəyə getdiyi zaman isə alnın yerə dəyməsi üçün üzünü açmalıdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir