Oxunma sayı: 204

Sual #21 : Şeyx Fovzan – Dünyavi qanunla hökm verən rəhbərin hökmü


Sual:

Fəzilətli şeyx, günümüzdə ən çətin məsələlərdən biri olan və bəzi cavanların probleminə çevrilən – dünyavi qanunlarla hökm vermək məsələsidir. Xahiş edirik ki, bu məsələyə açıqlama verəsiniz.
Allah sizi qorusun.

Tarix: 2017-11-19

Cavab #21 : Şeyx Fovzan – Dünyavi qanunla hökm verən rəhbərin hökmü


Şeyx:
Alimlər bu məsələni açıqlayıblar. Bu məsələyə ən yaxın olanı İbn Kəsirin (Allah ona rəhmət etsin) təfsiridir.

İbn Kəsir (Allah ona rəhmət etsin) Allahın hökmü ilə hökm verməyən barəsində deyir ki, əgər o hökmləri Allahın kitabından daha yaxşı və Allahın hökmündən daha gözəl və ya Allahın hökmlərindən qeyri hökmləri Allahın hökmü ilə bərabər tutar, yaxud Allahın hökmü və ya digər qanunla hökm verməkdə ixtiyar sahibi olduğunu “etiqad edərsə” belə bir şəxsin küfr etdiyinə hökm verilir. Bunda heç bir şəkk-şübhə yoxdur. Beləsi icma ilə kafirdir.

Ancaq o hakim ki, Allahın hökmlərinin haqq olduğunu etiqad edir, Allahın qanunlarından kənar qanunları batil sayır, lakin öz havasına, nəfsi istəklərinə və ya dünya mənfəətinə görə dünyavi qanunlarla hökm verir, o “zalım və fasiqdir”. Onun küfrünə hökm verilməz.
Çünki o etiqad edir ki, Allahın kitabı, qanunları haqdır və onunla hökm etmək vacibdir. Qeyrilərinin qanunları isə batildir.

Lakin o bunu hər hansısa bir vəzifəni əldə etmək və ya bəzi dünya mənfəətlərinə nail olmaq üçün edir. Əqidəsi Allahın kitabının haqq olduğuna və onunla hökm verilməsinin vacib olmasına müvafiq olaraq qalır. Əqidəsi yerində sabit qalır.

Beləsi fasiq sayılır, küfrünə isə hökm verilmir. Bu əməli isə küfrdür. 

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir