Oxunma sayı: 272

Sual #14 : Şeyx Useymin – Qadınların şalvar geyinməsinin hökmü


Sual:

Möhtərəm şeyx! Qadınlar arasında şalvar geyinmək geniş yayılıb. Siz bir fətva verdiniz. Biz bu fətva haqqında bəsirətli olmaq üçün həqiqətən sizdən eşitmək istəyirik.

Sual budur: Qadının şalvar geyinməsinin hökmü nədir? Enli və ya ensiz şalvar arasında fərq qoyulmalıdırmı? Bu hökm ancaq evin içinə aiddirmi? Yaxud həm evə, həm də küçəyə aiddir? Qız tələbələrə də faydası olsun deyə, bu sualı verirəm. Allah bu görüşü faydalı etsin!

Tarix: 2017-11-19

Cavab #14 : Şeyx Useymin – Qadınların şalvar geyinməsinin hökmü


Şeyx Useymin:

Qadınların şalvar geyinməsinin iki səbəbə görə haram olduğu görüşündəyəm.

Birinci səbəb, bu kişilərə bənzəməkdir. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) özünü kişilərə bənzədən qadınlara lənət etmişdir.

İkinci səbəb, şübhəsiz ki, bu, qadının vücudunu nəzərə çarpdıran dar bir şalvar geyinməsinə yol açır. Qadın hər nə qədər də “mən ancaq enli geyinirəm” desə də, bir müddət enli geyinib, sonra dar geyinir. Daha sonra, nəfsində təqvalı, əməlisaleh bir qadın bunu bacarsa da, (yəni, daim enli şalvar geyinsə də) ona baxan digər qadın bunu bacarmır.

Mənim görüşüm odur ki, bu qadağandır! Hətta, əxlaqsız geyimlərdən uzaq olmaq və şərə açılan qapını bağlamaq üçün, bu (cür geyim) caiz deyil!

Bu rəyim doğrudursa, Allahdandır, bizə bunu lütf edən Allaha həmd olsun! Əgər xətadırsa, Allahdan məni buna görə bağışlamasını diləyirəm.

Lakin, bununla yanaşı qadına vacib olan odur ki, hər çıxan yeni şeyə canfəşanlıq göstərməsin.

Mən inanıram ki, hələ kişi kişiliyi ilə dar şalvar geyindikdə – ələlxüsus ilk dəfə geyindikdə – baldırının, oturacağının və digər bədən üzvlərinin aşkar bilinməsinə görə bir qədər xəcalət çəkər. Bəs qadın necə?!

Mən qadınların nə evdə, nə də çöldə şalvar geyinməsini caiz görmürəm!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir