Oxunma sayı: 244

Sual #11 : Şeyx Süleyman ər-Ruheyli – Ətin əsli haramdır, yoxsa halal?


Sual:

Şeyx, ətin əsli nədir, halal yoxsa …?

Tarix: 2017-11-19

Cavab #11 : Şeyx Süleyman ər-Ruheyli – Ətin əsli haramdır, yoxsa halal?


Şeyx:

Ət mövzusunda (yəni, ətin əslinin haram və ya halal xüsusunda) alimlər ixtilaf etmişdirlər. Bir qism alimə görə ətin əsli haramdır.

Çünki Allahu təalə bizə yalnız (Bismilləh deyərək) kəsilən əti halal etmişdir. Bu səbəbdən (həmin alimlərə görə) ətin əsli haramdır, kəsilən ət isə halaldır.

Digər alimlərə görə isə ətin əsli halaldır. Çünki Uca Allah bizə müsəlmanların və kitab əhlinin (yəhudi və xristianların) kəsdiyi əti halal etmişdir. Bu ətlər halaldır və mənə görə ən mötəbər görüş də, məhz budur. Allah daha yaxşı bilir.

Beləliklə, müsəlmanların və kitab əhlinin (yəhudi və xristianların) kəsdiyi əti yemək icazəlidir. Əgər kəsilərkən “Bismilləh” deyilməsində şübhə edilərsə, bu zaman – bu ətin şəriətə uyğun kəsilmədiyi aydın olana qədər – özü “Bismilləh” deyərək yeyir.

Bunun (ətin şəriətə uyğun kəsilib-kəsilmədiyi) aydın olması isə ya müşahidə yolu ilə olur. Məsələn, bəzi toyuqların başı üzərində gəlir. Bu onu göstərir ki, toyuq kəsilməyib yaxud hansısa fermada heyvanların kəsilmədiyini dəqiq bilməklə olur.

Beləliklə əgər bilsək ki, hansısa fermada heyvanı kəsmirlər, bu halda oradan gələn əti yemək olmaz. İstər ət Məkkədən gəlsin, yaxud başqa bir ölkədən.

Lakin bunlar (qeyd edilən bu iki hal) bilinməzsə, alimlərin səhih görüşünə görə müsəlman diyarında kəsilən və ya kitab əhlindən gələn ət haqda soruşmadan yemək icazəlidir.

Bir daha qeyd edirəm, bir qism alim bunun əksini söyləyir. Məsələn, şeyx Saleh əl-Fovzan. Yəni, məsələ ixtilaflıdır. Lakin mənə gəlib çatana görə, ətin əsli halaldır!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir