Oxunma sayı: 206

Sual #10 : Şeyx Fovzan – Zəlalət əhlinin yaxşı əməllərini zikr etmək olarmı?


Sual:

Bəzi kəslər, zəlalətdə olan bu qrupları müdafiə edərək deyirlər:

“Törətdikləri bu əməllərlə (partlayışlarla) yanaşı onların yaxşı əməllərini də zikr etmək lazımdır.”

Tarix: 2017-11-19

Cavab #10 : Şeyx Fovzan – Zəlalət əhlinin yaxşı əməllərini zikr etmək olarmı?


Şeyx:

Nədir onların yaxşı əməlləri?

Evləri viran qoymaq, malları məhv etmək, toxunulmazlıqda olanları təhdid etmək, müsəlmanların və əhddə olanların öldürülməsi? Budur onların yaxşı əməlləri?

Biz onlarda yaxşı əməl görmürük. Onlarla Allah arasında nə var bilmirik. Qeybi bilmirik. Lakin gördüyümüz odur ki, onlarda heç bir yaxşı əməl yoxdur.

Kim onları müdafiə edirsə, o da onlardandır. Onun hökmü, bunların hökmü ilə eynidir.

Hətta onlarla bərabər partlayış törətməsə belə, onların haqq olduğunu düşünürsə, Allah qarşısında o da, onlar kimidir. Və onların şəriət hökmləri də eynidir.

Müsəlman bir kəs özünü qorumalıdır. Hətta, bilmədən onlardan olmasın deyə…

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir